Viranə qoyulmuş Ağdamda salamat qalan Şahbulaq qalasının sirri – yol qeydlərim Viranə qoyulmuş Ağdamda salamat qalan Şahbulaq qalasının sirri – yol qeydlərim

Viranə qoyulmuş Ağdamda salamat qalan Şahbulaq qalasının sirri – yol qeydlərim
Ağdama, öz evimizi ziyarət etmək təklifini alanadək o əraziyə getməyi planlaşdırmırdım. 27 il əvvəl tərk etdiyim evimizi qonşularımızla birlikdə ziyarət etmək, illərdir yaşadığımız vətən həsrətinin sonunu qonşularımla bir yaşamaq istəyirdim. Ağdama getmək təklifi gələndə razılaşıdım. Açığı səhərə kimi gözümə yuxu getmədi. Evimizi necə tapaçağımı, hər yer dağılmış halda olsa da, ən azı relyefə görə evimizə gedib çıxacağımı düşünürdüm. 

Noyabrın 28-də səhər tezdən Ağdama yola düşdük. Rayona ənənəvi Uzundərə yolu ilə daxil olmadıq. Həmin ərazi təhlükəli olduğundan Hindarx-Ağdamkənd istiqamətindən Ağdama çatdıq. Birbaşa şəhər mərkəzinə yox, səfər yoldaşımın kəndinə Kolanı-Qalayçılar kəndinə yollandıq. Ağdamda hər yer dağılmış vəziyyətdə idi. Şahbulaq- Qızılı Kəngəli yolu işlək, dağılmamış gördükdə təəccübləndim. 

Xaçın çayı üzərində olan sovetdənqalma körpu dağılmışdı. Bir qədər kənarda dəmirdən yeni körpü salınmışdı. Qızılı Kəngərlidən keçərək Qalayçılar istiqamətində irəlilədik. Yolboyu Azərbaycan hərbiçilərinin postları vardı. Əsgərlərin sözlərindən bəlli oldu ki, cəmi bir həftədir Ağdama gəliblər. Dedilər ki, ərazilər minalardan təmizlənib, getmək üçün heç bir təhlükə yoxdur. Yolboyu ermənilərin gah orada, gah burada dağdılmış müdafiə xətti diqqətdən qaçmırdı.
Ucu-bucağı görünməyən səngərlər, ağır texnika üçün qazılmış səngərlər boş almışdı. Kolanı dərəsinə çatdıq. Orada bizimkilərin dağıdılmış evləri fonunda ermənilər evlərini görmək ağır idi. Həmin evləri 1 həftə əvvəl tərk etmişdilər. Əsgərlərdən kimsə dedi ki, kəndə gələndə bəzi evlərdə yemək qazanları hələ isti olub. İşğal etdikləri ərazidə ermənilər əsasən heyvandarlıqla məşğul olurmuş. Kənd qəbiristanlğı isə tamamilə yox idi. Bir qəbir, qəbir daşı qalmayıb. Vandallıq qonşularımızın qanındadır. Birdən ürəyim sıxıldı, boylanıb ətrafa baxdım. Evlər dağıdılıb, qəbirlər yerlə bir edilib, dağlar keçəlləşib. Səfalı təbiət də bu ərazilərdən elə azərbaycanlılarla birlikdə köçüb gedib sanki...  

Qalayçılar-Kolanı kəndlərindən ayrılıb şəhər istiqamətinə yollandıq. Yolda diqqətimi çəkən Şahbulaq qalası oldu. Başdan-başa viran qoyulmuş Ağdamda Şahbulaq qalası var. Tək salamat qalan, dağılmamış bu ünvandır. Bu nə sirrdir? Hər tərəfi darmadağın edən vəhşi, barbar yığını niyə bu qalaya toxunmayıb? Yoxsa buranı da öz adlarına çıxıblar? Özlüyümdə bu suallara cavab axtarırdım ki, yol yoldaşım maşını saxladı. Düşüb hövlank qalaya tərəf addımladıq.
Xarabazara çevrilmiş ərazidə abad, bir daşı belə qopmamış qala əzəməti ilə qarşımızda idi. Zənnimdə yanılmamışdım! Burda da ermənilərin məşhuri-cahan ictimai xəstəliyi – erməniləşdirmə divarlardan asılan məlumat lövhələrindən oxunurdu. Tarixi saxtalaşdırmaq, qalanı öz keçmişləri kimi təqdim etmək planı Şahbulaq qalasını dağıdılmaq aqibətindən xilas edib. 

Azərbaycan ordusunun zəfəri işğalla bərabər saxta tarixin, tarixçilərinin üzərindən qalın, çarpaz xətt çəkib Qaladan ayrılıb Ağdam şəhəri istiqamətinə hərəkət etdik. Yolun sağında məşhur Karyer Qasımın daş karxanası görünürdü. Ağdam şəhərinin başdan-başa ağ daşlardan tikilməsi, var olması bu yerlərdən keçir.
Qaraçava deyilən əraziyə çatdıq. Dağıdılmış evlərə baxıb kəndimizi tapmaq üçün bir işarə axtardım. Tapa bilmədim. Doğulduğum Seyidli kəndi yer üzündən silinib. Yol kənarında kəndimizə istiqamət verəcək bir tikili yoxdur. Bütün evlər, hasarlar başdan başa erməni vandalları tərəfindən dağıdılıb.
Kəndimizi tapa bilməmək ağrısı içimi didib dağıdırdı. Baxdıqca uşaqlığım, yeniyetməliyim, qonşular, kəndin xoşbəxt çağlarını xatırlayırdım. Ürəyim sıxıldı, nəfəsim kəsilirdi. Yol yoldaşım vəziyyətimi görüb "geri qayıdaq” dedi. 

Ağdamın mərkəzinə doğru getdik. Şəhər tam dağıdılmış vəziyyətdə idi. Kənardan tək görünən Ağdam məscidi idi. Məscidin ətrafı dağıdılmış binalarla dolu idi. Bütün ziyarətçilər kimi mən də Ağdam məscidini ziyarət edib rayondan ayrılmaqdan başqa yolum qalmadı.
Kəndə qayıdıb ata-baba yurdumuzu təkəcəyəm. Bizim soy-kökümüz o torpaqdan, o yurddan gəlir. Soysuzlar evimizi dağıda, kəndimizi, şəhərimizi viran qoya bilər, amma bizi o torpaqlara bağlayan bağları əsla kəsə, yer üzündən silə bilməz... 




























Xəbər lenti