Vilayət Eyvazovun nazir vəzifəsində ilk əməliyyatı Vilayət Eyvazovun nazir vəzifəsində ilk əməliyyatı

Vilayət Eyvazovun nazir vəzifəsində ilk əməliyyatı
Загрузка...
Dünən general-polkovnik rütbəsi alan yeni DİN başçısı Vilayət Eyvazov siyasi məhbus ailələri üçün vəsait toplanması üzrə marafonun keçirilməsinə uğurla mane olub. Aksiya Müsavat Partiyasının qərargah-mənzilində keçirilirdi, amma gücləndirilmiş polis dəstələrinin müdaxiləsi ilə dağıdılıb. Binanın yanına gələn polislər Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlini faktiki olaraq oğurlayıblar və polis bölməsinə aparıblar. Daha sonra polis binaya daxil olub və marafona son qoymağı tələb edib, binada olanları bayıra çıxarıb. Bu baş verdikdən dərhal sonra hökumətyönlü KİV məhkəmənin Əli Kərimlini "qanunsuz tədbir" təşkil etdiyinə görə həbs etdiyi haqqında məlumat yaymağa tələsiblər.
Qeyd edək ki, marafonun keçirilməsində Demokratik Qüvvələrin Milli Şurasının üzvləri və bir sıra müxalif partiya liderləri iştirak ediblər. Onların bəziləri Binəqədi polisinə gediblər, digərləri isə xarici səfirliklərlə əlaqə saxlayaraq, Kərimlinin saxlanıldığı haqqında məlumat veriblər.
Saxlanıldıqdan bir saat yarım sonra Kərimli azad edilib və onun məhkəmə tərəfindən həbs edilməsi haqqında məlumatlar təsdiqini tapmayıb. Kərimli öz şərhində qeyd edib ki, hakimiyyət müxalifətin və sadəcə cəmiyyətin istənilən mütəşəkkillik təzahüründən qorxub.
"Onlar insanların yaxınlaşmasına və təşkilatlanmasına yol verməməyə çalışır. Buna görə onlar insanları qorxutmağa, birləşməyə qoymamağa çalışır. Amma biz bundan qorxmuruq və siyasi məhbus ailələrinə yardımdan imtina etməyəcəyik".
Загрузка...
Загрузка...

Xəbər lenti