Vilayət Eyvazova şikayət: Polisə "sən mənə heç nə edə bilməyəcəksən" dedim, o isə "sənin ağzıni da..." dedi

Vilayət Eyvazova şikayət: Polisə
Загрузка...
Tovuz rayonu Qovlar kəndində davam edən torpaq mübahisəsi məhkəmə qərarı olsa da, həllini tapa bilmir. İş o yerə çatıb ki, məhkəmə qərarı icra olunarkən iddiaçı ilə polis əməkdaşının qarşıdurması yaranıb. Nəticədə polis tərəfindən təhqir edildiyini iddia edən Vaqif Əhmədov daxili işlər naziri Vilayət Eyvazova müraciət etməli olub.
V.Əhmədovun Criminal.az saytyına da göndərdiyi müraciətdə deyilir: Ali Məhkəməsinin 07 mart 2017-cı il 2(102)-124 saylı qərarına əsaslanan Gəncə Apelyasiya Məhkəməsi həmin qərarın icra sənədini icra edilməsi üçün Tovuz rayon icra və probasiya şöbəsinə ünvanlanıb. Həmin qərarda "Həyətyanı torpaq sahəsinin boşaldılması və tikinti materiallarından təmizlənməsi" tələbi qoyulub. Tovuz İcra və Probasiya şöbəsi Tovuz RPŞ-inin rəisinə məktub ünvanlanıb. Məktubda qeyd olunur ”İcra sənədinin icrasını təmin etmək məqsədi ilə icra işi təyin edilib, lakin icra zamanı tərəflər arasında mübahisənin yaranması, tərəflərdən kiminsə xəsarət alması ehtimalı olduğu üçün icrada sizin əməkdaşların iştirak etməsinə göstəriş vermənizı xahiş edirik.
Qərarı yerində icra etmək üçün 3-cü dəfə 23 avqust 2019-cu il tarixdə Tovuz rayon icra və probasiya şöbəsinin 2 icra məmuru və Tovuz RPŞ-nin Qovlar bölməsinin sahə müvəkkili Rzayev Paşa Qovlar şəhər ərazisində yerləşən həmin torpaq sahəsində olarkən cavabdeh Abbasov Elfaq Bayram oğlu və onun qardaşı torpaq sahəsini könüllü olaraq boşaltmaq istəmədilər. Bunun səbəbi sahə müvəkkili ilə mənim aramda keçən dialoq oldu, sahə müvəkkili Rzayev Paşa icra məmurlarının Tovuz RPŞ-ə ünvanladığı məktubu və icra məmurunun əlindəki Ali məhkəmənin qərarını, icra sənədlərinə məhəl qoymayaraq məndən tələb etdi ki, mən ona sənəd təqdim edim. Mən ona söylədim ki, Ali Məhkəmənin qərarı və icra sənədi icra məmurundadır.
Mübahisənin sonunda mən Rzayev Paşaya Ali Məhkəmənin qərarını və DƏDRX-dən verilmiş sənədi təqdim etdim. Bundan sonra sahə müvəkkili məndən tələb etdi ki, torpaq sahəsinin enini və uzununu ona göstərim. Ona dedim ki, dəfələrlə DƏDRX-nin əməkdaşları və icra məmurları torpağın sərhədlərini müəyyən ediblər. Sahə müvəkkili məni məcbur etdi ki, torpaq sahəsinin sərhədlərini ona göstərim. Məcburiyət qarşısında onu da etdim. Bu dəfə o mənə torpaq sahəsinin artıq olduğunu, mənim Qovlar bələdiyyəsinə aid bir neçə kv.m torpaq sahəsini zəbt etdiyimi əsas göstərərək mənə cinayət işi açacağı ilə hədələdi.
Onun bütün tələblərini yerinə yetirdim. Onun mənə cinayət işi açacağı ilə hədələməsi səbrimin sonu oldu. Ona onun bu haqda səlahiyyət sahibi olmadığını deməyim onu daha da aqresivləşdirdi. Üstümə qışqıraraq mən kim olduğumu sənə göstərəcəyəm deməsi məni də əsəbiləşdirdi. Təkrarən ona sən mənə heç nə edə bilməyəcəksən, çünki sən səlahiyət sahibi deyilsən. O isə mənə aqresiv sürətdə sənin ağzıni da ... Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinin müddəəlarından xəbərsiz olan bu polis məmuru bütün polis əməkdaşlarının üz qarası və onların adına ləkə gətirən bir polis məmurudur. Belələrinə polis sıralarında yer olmamalıdır. Hadisənin iştirakçılları olan cavabdeh və onun qardaşı bu dialoqdan ruhlanaraq mənə hücum edərək mənə bədən xəsarəti yetirdilər.
61 yaşım var. Onlara qarşı heç nə edə bilməzdim. Sahə müvəkkili Rzayev Paşa heç bir tədbir görmədi, heç ağzını açıb bir kəlmə də demədi. Yaxşı ki, 2 nəfər icra məmuru orada idi, onlar olmasa, onlar bizi aralamasa ölüm hadisəsi qaçınılmaz olardı. Sahə müvəkkilinin 3 ara ilə 15 dəqiqə çəkən davaya heç bir reaksiya verməməsi, kənarda durub gülümsəməsii məndə 2 məsələdən birinin həqiqət olduğunu sübut edir. 1-ci cavabdehlərdən müəyyən miqdarda rüşvət alaraq onları müdafiə etməsi, 2-çi isə onun güclü dərəcədə sərxoş vəziyətdə bu hərəkətləri etməsi.
Digər tərəfdən polisimizə yaraşmayan, etik hərəkətdən kənar söyüş söyməsi bu 2 variantdan birinin düz olduğunu təsdiq edir. Bu məsələ haqqında daxili işlər naziri Vilayət Eyvazova müraciət ünvanlayıram. Bu polis haqqında tədbir görsün. 2012-ci ildən bu məhkəmə prosesinin yekunlaşmaması mənim dəfələrlə Qovlar şəhər sakini 80 yaşlı Quluyeva Tamam Ədil qızı tərəfindən şərlənməm, böhtan atılmam olub.
İlk dəfə o 2013-cü ildə, mən torpaq sahəsinin boşaldılması tələbi ilə, Tovuz Rayon Məhkəməsinə verdiyim ərizədən bir müddət sonra o, öz üz-gözünü və paltarlarını cıraraq mənim onu döydüyümü, ona əxlaqsız iş təklif etdiyimi iddia edərək mənim haqqımda polisə şikayət edib. Polis araşdırması zamanı məlum oldu ki, mən Bakı şəhərində işdə olmuşam. Sübut olundu ki, bu iddia şər və böhtandır.
İkinci dəfə yenə həmin hərəkətləri edərək guya mən onu saat 21 radələrində Qovlar dəmir yol stansiyasında döymüşəm. Bu haqqda o mənim haqqımda Ağstafa Dəmir Yol Polisinə şikayət ərizəsi verib. Polis araşdırması zamanı məlum olddu ki, həmin vaxt sərnişin qatarının gəlib-getmə vaxtı olub. Stansiyada çox sayda sərnişin olub, stansiyada növbətçi polis və stansiya növbətçisi olub. Bu hadisədən heç kimin xəbəri olmayıb. Bu dəfə də bunun şər-böhtan olduğu məlum oldu.
Üçüncü dəfə o mənim haqqımda eyni iddialarla Gəncə Dəmir Yol Polis idarəsinə şikayət etdi.
Yenə də məlum oldu ki, mənim haqqımda yazılanlar şər və böhtandır. Sonuncu dəfə o mənim haqqımda eyni iddialarla Tovuz Rayon Prokurorluğuna şikayət etdi. Araşdırma və üzləşdirmə zamanı Quluyeva Tamam Ədil qızı hər şeyi etiraf edərək boynuna aldı ki, mənə şər atır ki, mən mübahisə predmeti olan həyətyanı torpaq sahəsini ona verim.
Sorğu əsasında o da məlum oldu ki, əlində olan saxta torpaq arayışını o 300 manat pul və 60 ədəd toyuq verərək əldə edib. Quluyeva Tamam Ədil qızını bütün sakinlər çox yaxşı tanıyırdılar. Onun kim olduğu hamıya bəlli idi. O, onlarla insanları şərləmişdir. Çox insanlar haqsız yerə cəzalandırılmışlar. Çox insanlar şər-böhtan zamanı əsəb xəstəliyinə tutulub. Bir misal çəkim ki, onun nəvəsi bir sakinin maşınının təkərlərini sökərək, oğurluq etmiş, həmin oğurluğu ört-bastır etmək üçün Quluyeva Tamam Ədil qızı oğurluq edilmiş adamın həyətinə girərək, səs-küy salmış həyətdə olan odun parçasını götürərək öz başına vuraraq yaralamış, üst-başını cıraraq ev yiyəsinin onu döydüyünü iddia edərək, daha doğrusu onu şərləyərək ondan şikayət edib.
Həmin sakin də məcburiyət qarşısında oğurluq haqqında şikayət etməyib. Hazırda isə onun yaxın qohumu olan, onun davamçısı Abbasov Elfaq Bayram oğlu onun əməllərini davam etdirməkdədir. O da iddia edir ki, 1996-cı ildə bu torpaq sahəsini ona veriblər. 13 mart 1982-ci il doğumlu Abbasov Elfaq Bayram oğlunun 1996-cı ildə 13 yaşı olub. Azərbaycan Respublikası Mülki Məcəllənin 28-ci maddəsinə görə yetginlik yaşına çatmamış şəxsə ayrıca torpaq sahəsi verilə bilməz. Bu maddəyə görə də 1996-cı ildə heç bir məmur 13 yaşlı uşağa torpaq sahəsi ayıra bilməzdi.
Bu məsələni ictimailəşdirməmin səbəbi bu məsələdən xəbərsiz olan vətəndaşların, yaxınlarımın, qohumlarımın məni yanlış anlamaları, məni qınamalıdır. Guya ki, mən zorla Abbasov Elfaq Bayram oğluna məxsus torpaq sahəsini onun əlindən almışam. Həqiqət isə yuxarıda qeyd etdiyim kimidir. Quluyeva Tamam Ədil qızı da Prokurluqda etiraf edib ki, həmin torpaq sahəsinə görə mən Əhmədov Vaqif Qasım oğlunu dəfələrlə şərləmişəm, böhtan atmışam ki, o torpaq sahəsini Abbasov Elfaq Bayram oğluna versin. Həmin torpaq sahəsi haqqında saxta sənədi isə 300 manat pul və 60 ədəd toyuq verərək əldə etmişəm.
Загрузка...
Загрузка...

Xəbər lenti