Vilayət Eyvazov generalla bağlı bir gündə 2 əmr verdi

Vilayət Eyvazov generalla bağlı bir gündə 2 əmr verdi
Загрузка...
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi qurumda kadr islahatlarını davam etdirir. Strateq.az xəbər verir ki, bu gün nazirin əmriylə DİN-in aparıcı Baş İdarələrindən daha birinin – Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general mayor Həzi Aslanov tutduğu vəzifədən azad edilib.
O, eyni zamanda DİN-in rəhbər işçilərindən ibarət məşvərətçi orqan sayılan Kollegiya üzvlüyündən də çıxarılıb.
Nazirin digər əmriylə, Həzi Aslanov DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə rəis təyin edilib. hezi-aslanov_1494326269 Qeyd edək ki, nazirin əmriylə Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenanatı İzzət Kərimov da vəzifəsindən azad edilib.
Hələlik Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi və şöbə rəisi vəzifələrinə təyinat olmayıb
Загрузка...
Загрузка...

Xəbər lenti