Vilayət Eyvazov bu rəisi də işdən çıxardı

Vilayət Eyvazov bu rəisi də işdən çıxardı
Загрузка...
Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb. Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki Fuad Bəxtiyarov vəzifəsindən azad edilib.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, F.Bəxtiyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Qeyd edək ki, nazirliyin idarə səlahiyyətli Növbətçi Hissələri İdarəetmə Xidmətinə növbətçi hissələr, "102” Xidməti-Zəng Mərkəzi və Təhlükəsiz Şəhər Xidməti daxildir. /report.az
Загрузка...
Загрузка...

Xəbər lenti