Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı

Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı
Загрузка...
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində önəmli kadr dəyişikliyi edib. BakuPost.az xəbər verir ki, polkovnik Rəşadət Babayev rəis müavini vəzifəsindən çıxarılıb. Onun yerinə polkovnik-leytenant Rəşid Piriyev gətirilib.
Yeni rəis müavini bundan əvvəl Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Rəşadət Babayev rəis müavini olmaqla yanaşı həm də alayın komandiri vəzifəsini daşıyırdı. İndi o yalnız alaya rəhbərlik edəcək.
Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov danışmaq istəməyib: "Bəli, polkovnik Rəşadət Babayev Alayın komandiri olmaqla yanaşı, həm də rəis müavini idi. Dəyişikliklə bağlı isə mən dəqiq bir söz deyə bilmərəm. Siz bunu kadrlardan və ya DİN-in mətbuat xidmətindən dəqiqləşdirin”.
Загрузка...
Загрузка...

Xəbər lenti