Vidadi Zeynalovun kürəkəninin Çexiyada şirkəti üzə çıxıb Vidadi Zeynalovun kürəkəninin Çexiyada şirkəti üzə çıxıb

Vidadi Zeynalovun kürəkəninin Çexiyada şirkəti üzə çıxıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2015-ci ilin oktyabrında MTN işi ilə bağlı həbs olunmuş sabiq Aparat rəhbəri Vidadi Zeynalovun kürəkəni Nəriman Muradov 2016-ci il dekabrın 2-də Çexiya paytaxtında Azerantrips.com sro şirkətini (https://www.azerbaijantrips.com/) qeydiyyatdan keçirib. Müstəqil jurnalist Cavanşir Həsənlinin yaydığı sənədlərə görə, Praqanın Karlin rayonu, Kaizlovy sady 434/13 ünvanında hüquqi qeydiyyata alınmış şirkətin təsisçiləri sabiq aparat rəhbərinin kürəkəni, hazırda "Rabitəbank"ın mərkəzi filialının direktoru, Bərdə şəhəri, Həzi Aslanov küçəsi 1-də qeydiyyatda olan Nəriman Muradov, onun ortaqları İlkin Həsənov və Ülvi Həsənzadədir. 

Turizm sahəsində fəaliyyət göstərən şirkət Praga Bələdiyyə Məhkəməsində C 266725 saylı lisenziya nömrəsi ilə qeydiyyatdan keçib. Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun və kürəkəni Nəriman Muradovun İstanbul Şişlidə də şərikli inşaat şirkəti var.
Yeznə-qayınların İstanbuldakı şirkətlərinin Nizamnamə kapitalı 100 min olub. Bunun 75 faizi Pərvizə, 25 faizi isə Nərimana məxsusdur.
Vidadi Zeynalov ötən il martın 15-də Sabunçu Rayon Məhkəməsinin qərarı ilə azadlığa çıxıb.  




Xəbər lenti