Vidadi Muradovun ailəsinin 30 milyonluq əmlakı müsadirə olundu

29 Yanvar 2022, 02:02
29 Yanvar
2022
02:02
1075
"Azərxalça”nın keçmiş sədri ilə bağlı məhkəmə prosesi yekunlaşdı
"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, 2021-ci il noyabrın 5-də – ev dustaqlığına buraxılandan 5 gün sonra vəfat edən Vidadi Muradov 21 milyonluq yeyinti, 640 mindən artıq vergidən yayınmada təqsirli bilinib.
Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə çıxarılan hökmdə bildirilir ki, Vidadi Muradova qarşı ittihamlar məhkəmə araşdırması zamanı sübuta yetirilib. Lakin ölümüylə əlaqədar onun barəsində cinayət işinə xitam verilir.
Bununla belə, məhkəmə yeyinti nəticəsində dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi, o cümlədən Dövlət Vergi Xidmətinin qaldırdığı 640 min 922 manatlıq mülki iddianın təmin olunması üçün Vidadi Muradov və ailə üzvlərinin əmlaklarının müsadirəsinə qərar verib.
"Azərxalça”nın sabiq rəhbərinin işi üzrə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq tamamlanıb, iş məhkəməyə göndərilən ərəfədə Baş Prokurorluğun bu haqda yaydığı məlumatda bildirilirdi ki, Vidadi Muradov və ailə üzvlərinin adlarına olan, ümumi dəyəri 30 milyon 587 min manatlıq evlər, qeyri-yaşayış sahələri, həmçinin "Azər-İlmə” MMC-nin səhm payları və aktivlərinin üzərinə məhkəmə qərarıyla həbs qoyulub. Üzərində həbs olan əmlakın 19 milyon 144 min 554 manatlıq hissəsi evlər, qeyri-yaşayış sahələridir. Müsadirəsi istənilən 11 milyon 442 min 490 manatlıq əmlak isə Vidadi Muradovun təsisçisi olduğu "Azər-İlmə” MMC-nin səhm payları və aktivləridir.
Yanvarın 28-də məhkəmədə hökmdən əvvəl Vidadi Muradovun vəkili Vüqar Babayev çıxış edib. O, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edib. Müdafiəçi deyib ki, üzərinə həbs qoyulmuş əmlaklardan yalnız "Azər-İlmə” və onun ətrafındakı qeyri-yaşayış sahəsi, eləcə də Həsən Əliyev küçəsindəki ev Vidadi Muradova aiddir. Digər əmlakların bir hissəsini isə "Azərxalça”nın rəhbəri olmamışdan əvvəl əldə edib, ona görə də bu ittihama aidiyyəti yoxdur. Vəkilin sözlərinə görə, digər əmlaklar oğlu Aydın Muradova aiddir.
Lakin məhkəmə Həsən Əliyev küçəsindəki ev istisna olmaqla, digər əmlakların müsadirə olunmasına qərar verib.
Vidadi Muradov 2021-ci ilin yanvarında həbs edilib. İttihamda yazılıb ki, o, təsisçisi olduğu şirkətin – "Azər-İlmə” MMC-nin Bakıda yerləşən inzibati binasını "Azərxalça” ASC-yə bazar qiymətlərindən daha baha qiymətə icarəyə verib. "Azərxalça” ASC-nin xalça istehsalı üçün ip alınması məqsədilə nəzərdə tutulan vəsaiti yalnız formal mövcud olan, əslində isə ip satışıyla məşğul olmayan şirkətlərin hesabına köçürülüb. Sözügedən şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb yenidən "Azərxalça” rəhbərliyinə geri qaytarıblar.
"Azərxalça”nın müxtəlif bölgələrdə 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda vəsaitin mənimsənildiyi iddia olunur.
Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittihamlar verilib.
Vidadi Muradovun oğlu Cavid Muradov Bakının Sabunçu rayon Polis İdarəsinin rəisidir. Bir neçə ay əvvələ qədər isə o, Səbail rayonunda eyni vəzifədə çalışırdı.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Korrupsiya
İcra başçısının köməkçisi saxlanılıb
-
Manşet, Korrupsiya
Tələt Əliyev axtarışa verildi
-
Manşet, Korrupsiya
Baş Prokurorluğun rəhbərliyi Səlim Müslümovla bağlı məhkəməyə müraciət etdi
-
Manşet, Korrupsiya
GENERAL NİZAMİ MƏMMƏDOVA 80 MİLYONLUQ İTTİHAM! – Barəsində həbs qətimkan tədbiri seçildi
-
Manşet, Korrupsiya
Nizaməddin Quliyevin üzərindən həbs götürülən əmlaklarının - Siyahısı
-
Manşet, Korrupsiya
Müdafiə Nazirliyinin eyni idarəsinin 2 rəisi həbs edildi
-
Manşet, Korrupsiya
Daha bir yüksək rütbəli hərbçi həbs edildi
-
Manşet, Korrupsiya, Məhkəmə
Həbsdəki iş adamına aid əmtəə nişanı AZAL prezidentinin xanımına necə verilib?
-
Manşet, Korrupsiya
DTX Müdafiə Nazirliyinin bir neçə vəzifəli şəxsini həbs edib