Vətəndaşa işgəncə verən polis polkovnikinə HÖKM OXUNDU

Vətəndaşa işgəncə verən polis polkovnikinə HÖKM OXUNDU
Загрузка...
İşgəncə etməkdə təqsirləndirilən sabiq polis-polkovniki Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Ə.Ağaəliyev ittiham olunduğu Cinayət Məcəlləsinin 293-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi 293-1-ci maddəyə tövsif edilib. Həmin maddənin sanksiyası çərçivəsində müddət başa çatdığı üçün Ə.Ağamaliyevə cəza təyin edilməyib.
Qeyd edək ki, Ə.Ağaliyevin barəsində Cinayət Məcəlləsinin 293-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində Əli Allahverdiyev tanınır. Ə.Ağaliyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Hadisə baş verən zaman Ə.Ağaliyev Qaradağ rayon Polis İdarəsinin sabiq rəis müavini vəzifəsində işləyib.
Загрузка...
Загрузка...

Xəbər lenti