"Vətən xaini" kimi öldürülən hərbiçinin xanımı Müdafiə Nazirliyinə qarşı şok məhkəmə davası açdı

Загрузка...
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində vətən xaini kimi tutularaq işgəncə ilə öldürülən, sonradan isə bəraət alan hərbiçi Səxavət Binnətovun həyat yoldaşının iddiasına baxılır. Criminal.az xəbər verir ki, iddiaçı Xavər Haqverdiyeva həyat yoldaşının günahsız öldürülməsinə görə Müdafiə Nazirliyindən 200 min manat təzminat tələb edir. İddiaya hakim Tahirə Əsədovanın icraatında baxılır.
 
Hakim Tahirə Əsədova 
X.Haqverdiyeva Criminal.az saytına açıqlamasında bildirdi ki, S.Binnətov 2017-ci ilin mayında günahsız tutub və işgəncə ilə öldürülüb:
"Onun ölümünün məsuliyyəti Müdafiə Nazirliyinin üzərinə düşür. Yoldaşımı səhvən aparıb öldürüblər. İki qızım və mən ailə başçısının ölümü ilə köməksiz duruma düşmüşük. Qızlarım hələ də keçirdikləri stressdən çıxa bilmir”. 

Səxavət Binnətov 
İddiaçının vəkili Vaqif Alıyev Criminal.az saytına bildirdi ki, iş artıq icraata verilib. Bu gün, iyunun 10-da ilkin iclas da keçirilib. İddiaçı iddia edir ki, Müdafiə Nazirliyinin səhvi ucbatından həyat yoldaşını itirib. Məhkəmə hökmü ilə də təsdiqlənib ki, X.Haqverdiyevanın həyat yoldaşı səhvən öldürülüb.
Criminal.az S.Binnətovun işgəncə ilə öldürülməsi, vətən xaini kimi qəbiristanlıqdan kənarda basdırılması ilə bağlı geniş materialı yaxın günlərdə oxuculara təqdim edəcək. 
Загрузка...
Загрузка...

Xəbər lenti