Vətən xaini kimi öldürdülən polkovnik bəraət aldı, qəhrəman kimi qəbri ucaldıldı – AZƏRBAYCAN FACİƏSİNİN DOSYESİ

07 İyun 2019, 14:27
07 İyun
2019
14:27
13709
13 övladın böyüdüyü ailədə 13 nəsinin əzabını o çəkdi. Anası deyir ki, yalnız ona yaxşı təhsil verə bildi, oxudub zabit etdi, vətənə xidmətə göndərdi. Anası onu da deyir ki, oğlunu xəyanətkar kimi işgəncə ilə öldürüblər, sonra bəraət veriblər. Xain kimi basdırıb, qəhrəman kimi yadda saxlamağa çalışıblar. Yad kimi basdırılan övladını, ana yaddaşında qəhrəman, ən gözəl və ən yaxşı insan kimi saxlayır. Kədərəni, gerçəyini və ümidini saxladığı kimi...
Söhbət "cəsus əməliyyatı” zamanı tutularaq istintaq altında olan zaman müəmmalı şəkildə ölən Azərbaycan ordusunun zabiti, polkovnik-leytenant Saleh Qafarovdan gedir.
Cəmi 45 gün əvvəl ordudan təxris olunan S.Qafarovun evinin qapısı gecə saatlarında döyülür, naməlum şəxslər onu qapı ağzından sürüyərək aparır və ailəsi ilə son gecəsi beləcə bitir...
Mərhum zabitin anası Qənirə Qafarova Criminal.az-a açıqlamasında ailəsinə faciə gətirən gecədən danışır:

"Saleh cəmi bir ay yarım idi ordudan təxris olunmuşdu. Sevinirdik ki, 23 ildən sonra müharibələr görən, savaşlarda iştirak edən oğluma nəhayət qovuşmuşam. Bu sevincimiz cəmi 45 gün çəkdi. 2017-ci il mayın 4-ü , gecə saat 12 radələri idi. Həyətdən Salehi çağırdılar. Oğlum bayıra çıxanda özlərini Qəbələ polis və prokurorluğunun əməkdaşları kimi təqdim edən beş nəfər içəri girdi. Xoş gəlmisiniz dedim, çay stoluna dəvət etdim. Sözüm ağzımda qaldı, elə bu an Salehi ortalarına alaraq sürüdülər. Gəlinimi çağırdım ki, qoymayın, balamı apardılar. Balamı ayaqyalın sürüyərək maşına mindirdilər. Əsa ilə gəzirəm, arxasınca getdim, həyətdə yıxıldım. Gəlinim Salehin ayaqqabılarını götürərək Qəbələ polisinin qabağına kimi getdi. Orda öyrəndik ki, Salehi Tərtərə, Marquşavan kəndinə apardılar. Salehi elə həmin andan itirdik. Evimizdə axtarış aparıblar. Deyirdilər ki, evdə ratsiya var. Nəvələrimin ad günü disklərini, noutbuku aparıblar. Saleh aparılan günün səhəri bizi prokurorluğa çağırıb sanksiyaya imza atmağımızı bildirdilər. Orda bildik ki, Salehi MEXE-nin ifadəsi əsasında tutublar. Həmin hərbiçiyə də iş kəsib azadlığa buraxıblar”.

Q.Qafarova deyir ki, Saleh aparılandan sonra onu axtarsalar da, nə ölüsünü, nə diriisini tapa biliblər: "Tərtər, Göranboy, Yevlax rayonlarında, Marquşavan, Ağcakənd kəndlərində Salehi axtardıq. Sonra eşitdik ki, onu döyüb Bakıya aparıblar. Heç olmasa, ölüsünü və ya dirisini görsəydik bu qədər ağrımazdıq. Saleh aparılandan 10 gün sonra, mayın 14-də gördük ki, yaşadığımız Aydınqışlaq kəndinin qəbiristanlığını 300-ə yaxın polis mühasirəyə alıb. Elə bil bandit var. Salehi gətirib basdırdılar. Bacı-ana çırpındıq, yalvardıq ki, balamın üzünü göstərin. Avtomatlılar göstərmədi”.

Salehin dövlət tərəfindən hazırlanan məzarı
"Qəbrini açın, balamı göstərin, əgər qəbrdə deyilsə yerini deyin. O, mənim ana qədri bilən balam idi. O ölümün-dirimin yəyəsi idi. Yalvarıram sizə, balamı tapın. 13 balam vardı. Saleh sonbeşiyim idi. Kasıblıqla böyütmüşdüm, Kolxozda işləməklə, böyrütkən yığa-yığa, əllərimi tikan yara edərək böyütmüşəm Salehimi. Onu zabitlik oxumağa göndərdim, 5 il təhsil aldı. Akademiyanı bitirib Naxçıvana getdi, 13 il orada xidmət etdi. Sonra Tərtərə gəldi. Gecəm-gündüzüm yoxdur, bala yolu gözləyirəm. 22 il müharibədə oldu, indi də qəbirdə. İki uşağı yetim qalıb”-deyə mərhum zabitin anası fəryad edir.

Polkovnikin yaşadığı ev
Q.Qafarova bildirdi ki, oğlu Salehi dəhşətli işgəncələr verərək öldürüblər: "Ölən hərbiçilərə işgəncə verdiyinə görə tutulan hərbiçilərdən biri, Cavid Ağadadaşov məhkəmədə etiraf edib ki, işgəncə veriblər və bunu general-mayor, korpus komandiri Hikmət Həsənovun əmri ilə həyata keçiriblər.
Cavid deyib ki, Hikmət Həsənov Salehi presləmək göstərişi verib. Aparıb presləyiblər. Sonra Hikmət deyib ki, yaxşı press etməmisiniz. Aparıb bir də presləyiblər. Sonda isə əl-ayağını, gözlərini bağlayaraq ikinci mərtəbədən aşağı atıblar. Sağ budu, qabırğası sınıb ağ ciyərinə batıb. Guya bu xəsarətə görə ölüb. Amma Salehin meyidinin şəkillərini onun həyat yoldaşı görüb. Bütün dırnaqları çəkilmiş vəziyətdə olub. Budları deşik-deşik olub. Sanki armaturla oyublar. Kürək nahiyəsi tok verməkdən partlayıb tökülmüşdü. Dırnaqlarını çəkib həmin yerdən tok veriblər. Tək sifəti salamat olub. Heç Xocalı faciəsində ölənlərimiz belə işgəncə görməyib”.

İstintaq materialı
İstintaq materiallarından da ananın dediyi işgəncə faktları təsdiqini tapıb. İstintaq materialından sitat: "Hərbi hissənin qərərgah binasının ikinci mərtəbəsindəki otaqlardan birinə salıb orada soyundurulmuş, Fuad Ağayevin verdiyi yapışqanlı lentlə üzərinə əski parçası qoyub Saleh qüafarovun gözlərini , habelə çəkmə ipi ilə əllərini bağladıqdan sonra plastik boru parçası ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmaqla və ağzına su töküb boğmaqla düşmənin xüsusi xidmət orqanı əməkdaşları ilə əməkdaşlıq etdiyini etiraf etməsini tələb ediblər”.

Ölüm haqqında şəhadətnamə
Sənəddə yazılıb ki, F.Ağayevin fiziki və psixi zorakılıq etməklə sorğu-sual edilməsi nəticəsində Saleh Qafarov "döz qəfəsinin sol yarısının 11-ci qabırğasının sınığı, bədənin çoxsaylı qançırları, əzizlmiş-sıyrılmış və 1-2-ci dərəcəli yanıq xəsarətləri (sağ bazu-çiyin oynağının ön səthi, sağ qoltuq çuxurunun ön səthi, hər iki mil-bilək oynağının arxa səthi, hər iki ayaq pəncələrinin arxa səthi, hər iki baldırın yuxarı və orta 1/3-nin arxa səthləri və sol budun bayır səthi), arxa keçəcək dəliyi ətrafında və dəliyin düz bağırsağın selikli qişasına keçən hissədə qançır, sol əlin 2 və 3-cü barmaqlarının, sağ ayağın 2-ci barmağının dırnaq lövhələrinin düşməsi xəsarətləri alıb.

"... işgəncələr S.Qafarovu ölüm həddinə çatdırdığından o, 2017-ci il mayın 6-da günorta saatlarında saxlanıldığı otaqda tək qalmasından istifadə edərək pəncərədən, özünü ikinci mərtəbədən atıb”-sənəddə qeyd olunub.
Q.Qafarova deyir ki, istintaq altında öldürülən oğlu S.Qafarovu vətənə xəyanətdə günahlandırıdılar, öldürdülər, amma cinayət sübut olunmadı. Ölümündən sonra onun günahsız olduğu sübut olundu və bəraət aldı. Hələ gətirib Salehə Aydınqışlaq kəndində ən uca və bahalı məzar da götürdülər.
"Dedilər dövlət tərəfindən qoyulub. Yoxsa bizim imkanımız yox idi. 5 min manata baş daşı götürə biləridik? Salehin bir neçə banka krediti var idi. Pulu olsaydı neçə il idi damı uçub-sökülən ata evində yaşamazdı”- ana vurğuladı.

Bəraət qərarı
Bəraət hökmündən sitat: "İstintaqı aparılmış cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu, ehtiyatda olan polkovnik-leytenant Qafarov Saleh Şərif oğlunun Cinayət Məcəlləsinin 274-cü və digər maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən 4 may 2018-cü il tarixində mərhum S.Qafarovun barəsində cinayət təqibinə bəraətverici əsasla xitam verilmişdir”.

Hərbiçilərə işgəncə verən xüsusi təyinatlılar
Artıq məhkəmə hökmü ilə S.Qafarov və başqa hərbiçilərə işgəncə verdiyinə görə tutulan Fuad Ağayev, Qurban Cümşüdov, Sənan Maşıyev, Ruslan Mikayılov, Cavid Ağadadaşov, Polad Əzizov müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Lakin icraçıların cəzalanması Azərbaycan zabitinə qarşı həyata keçirilmiş dəhşətli cinayət əməlin tam araşdırlması sayıla bilərmi?
Saleh Qafarovun xidmət zamanı təltifləri










Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Sənəd, Manşet, Foto, Dosye
Aktrisa arvadının porno şəkillərini yayan Mahmudov qadın oğurluğu, şantaj cinayətləri də törədibmiş... - ONUN PSİXOPAT OLMASINI SÜBUT EDƏN EKSPERT RƏYİ
-
Sənəd, Manşet, Foto, Dosye
İşgəncə ilə öldürülən hərbiçinin xanımı: "Hospitalda tibb bacısı dedi ki, lüt gətirmişdilər, əlləri-gözləri bağlı canın tapşırdı..."
-
Sənəd, Manşet, Foto, Dosye
Vətən xaini kimi öldürdülən polkovnik bəraət aldı, qəhrəman kimi qəbri ucaldıldı – AZƏRBAYCAN FACİƏSİNİN DOSYESİ
-
Sənəd, Manşet, Foto, Dosye
Jurnalistin qardaşının ölümündə adı keçən hakim həbsdən necə qurtuldu? - Nazirin Zakir Qaralova yazdığı məktub üzə çıxdı