Velosipedləri oğurlayıb satdı

Velosipedləri oğurlayıb satdı
Загрузка...

Bakıda velosiped oğrusu saxlanılıb.

Criminal.az DİN-ə istinadən xəbər verir ki, Xətai rayonu S.Vəzirov küçəsi 22-də yaşayan paytaxt sakini İmran Rəsulova məxsus dəyəri 350 manat olan velosiped oğurlanıb. Daha 4 şəxs onların da müxtəlif vaxtlarda ümumi dəyəri 3000 manata yaxın olan velosipedlərinin oğurlandığı barədə məlumat veriblər. Oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş Elxan Mansurov saxlanılıb.

 

O, ifadəsində etdiyi cinayəti etiraf edərək oğurladığı velosipedləri satdığını bildirib.

Qeyd edilən faktlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və E.Mansurov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Загрузка...
Загрузка...

Xəbər lenti