Vəkillər Vilyam Hacıyevin məhkəməsini qəsdən pozur?

Vəkillər Vilyam Hacıyevin məhkəməsini qəsdən pozur?
 Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə bu gün keçiriləcək məhkəmə prosesi təxirə salınıb. virtualaz.org – un xəbərinə görə, buna səbəb sabiq icra başçısının müdafiəçilərinin məhkəmədə iştirak etməmələri olub.
V.Hacıyev müdafiəçilərinin, xüsusilə də vəkil Elmar Kərimovun iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz edib. Hakim müdafiə tərəfi olmadan məhkəmə iclasının onsuz da keçirilməyəcəyini keçmiş icra başçısının diqqətinə çatdırıb. Lakin V.Hacıyevin müdafiəçilərin məhkəmə iclasını qəsdən pozmağa çalışdıqlarını da bildirib:
"Üç vəkildən biri gəlmirsə niyə müqavilə bağlayırlar? Bu vəkillərlə bağlı tədbir görüləcək və Vəkillər Kollegiyasının sədrinə müraciət olunacaq". Hakimin qərarı ilə məhkəmə prosesi fevralın 18 -nə kimi təxirə salınıb.
Qeyd edək ki, V.Hacıyev 2020-ci il mayın əvvəllərində DTX tərəfindən həbs edilib. Ona qarşı vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və rüşvət alma maddələri ilə ittiham irəli sürülüb. Sabiq icra başçısı elan olunan ittihamlarla özünü təqsirli bilmədiyini deyib.

Xəbər lenti