Vəkillər Kollegiyasının qocaman vəkili həbs edildi - SON DƏQİQƏ

Vəkillər Kollegiyasının qocaman vəkili həbs edildi - SON DƏQİQƏ
Загрузка...
Vəkillər Kollegiyasının daha bir üzvü qandallandı. Criminal.az saytının məlumatına görə, vəkil Qəhrəman Pirməmmədova bu gün Sumqayıt şəhər Məhkəməsində hökm oxunub. 
Məhkəmənin hökmü ilə Q.Pirməmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib. 
O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib.  
Q.Pirməmmədov əvvəllər prokurorluq işçisi olub, uzun müddət prokuror köməkçisi işləyib. O, Anar Qasımlının rəhbərlik etdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili idi. 14 il vəkillik təcrübəsi var idi. Həmin büronun açılışı bu il mayın 21-də olub. Açılış mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov və millət vəkilləri də iştirak etmişdi. 
Bir müddət əvvəl isə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədvəli Cəfərov 6 il müddətinə azadlıqdan məhrum edilib. 
+++++++
Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı Criminal.az saytına açıqlamasında həbs edilən Q.Pirməmmədovun onun rəhbərlik etdiyi büronun vəkili olmasını təkzib etdi. Bildirdi ki, həmin vəkilin fəaliyyətinə VK tərəfindən xitam verilib. 
Vəkilin hansı səbəbdən həbsinə gəlincə, A.Qasımlı bildirdi ki, Pirməmmədovla bağlı digər vəkilin şikayəti olub.

Загрузка...
Загрузка...

Xəbər lenti