Məşhur icra məmuru cinayətdə ittiham olunur

Məşhur icra məmuru cinayətdə ittiham olunur
Загрузка...
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçmiş baş icra məmuru məhkəmə qarşısına çıxarılır. Criminal.az xəbər verir ki, sabiq icra məmuru Vüqar Poladov Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham olunur.
Onunla birlikdə Misir Əmirov da təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onlar barəsində cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib. 
V.Poladov uzun müddət İctimai Televiziyada "İcra məmuru" rublikasının daimi müsahibi olub və ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı hesabatlar verib. Sonradan həmin sistemdən uzaqlaşıb və vəkil kimi fəaliyyətə başlayıb. 12 saylı vəkil bürosunun vəkili olub. Sonradan vəkillik fəaliyyətini də qeyri-müəyyən səbəbdən dayandırıb. 
V.Poladov Vəkillər Kollegiyasının mərhum sədri Azər Tağıyevin qızı ilə nişanlı olub. Sonradan evlilik baş tutmayıb. 
Загрузка...
Загрузка...

Xəbər lenti