Vəkillər 100 yaşlarını 200 manat ödəməklə qeyd edib

Vəkillər 100 yaşlarını 200 manat ödəməklə qeyd edib
Загрузка...
Qərbdə tanınmış vəkillər bir araya yığışır, bahalı otellərdə ziyafətlər keçirirlər. Belə ziyafətə qatılmaq üçün biletləri dəvətnamə kimi paylanır. Həmin dəvətnamələrin əldə etmək istəyənlər isə böyük məbləğdə pul ödəyirlər. Yığılan pullar kimsəsizlərə, xəstələrə, yetimlərə kömək üçün sərf olunur. Bəs Azərbaycanda Vəkillər Kollegiyasının təntənəli tədbirlərində pullar niyə yığılıb?Yığıldısa hansı yetimə çatdı? Və ya Vəkillər Kollegiyası o qədərmi pulsuzdur ki, öz ad gününü keçirmək üçün səbəbkarlardan və qonaqlardan pul toplayır?
Criminal.az bildirir ki, oktyabr ayının 4-də Marriott Abşeron Bakı mehmanxanasında Vəkillər Kollegiyası 100 illik yubileyini qeyd edib. Tədbirin rəsmi hissəsindən sonra Elux Event Hallda ziyafət verilib.
Maraqlısı odur ki, həmin ziyafət üçün vəkillərdən 200 manat pul yığılıb. Bildirilib ki, ziyafətdə yalnız 200 manat ödəməklə iştirak etmək mümkündür.
Adının çəkilməsini istəməyən bir neçə vəkil Criminal.az saytına bildirib ki, vəkillərdən yığılan pul könüllülük prinsipi ilə həyata keçirilib. Lakin haqqı olan bəzi vəkillər məhz 200 manatı ödəmədiyinə görə həmin ziyafətə qatıla bilməyib.
Kollegiyanın mətbuat məsələləri üzrə səlahiyyətli şəxsi Sənan Şirinov Criminal.az saytına bildirdi ki, həmin ziyafətin keçirilməsi qurumun daxili işidir. S.Şirinovun sözlərinə görə, keçirilmiş ziyafətlə bağlı şərh vermək səlahiyyətində deyil.
Загрузка...
Загрузка...

Xəbər lenti