Vəkil: Fədayə Laçına bəraət istəmişik

Vəkil: Fədayə Laçına bəraət istəmişik
Загрузка...
 Müğənninin məhkəməsi növbəti dəfə təxirə salınıb
 "Təcridxana daxilində "Hepatit C”nin müalicəsinə tam əməl etmək mümkün deyil, çünki dərmanlar çox bahadır. Bütün dava-dərmanlar alınmasa da belə, müğənnin müalicəsi mümkün qədər davam etdirilir”. Bunu Meydan TV-yə 2017-ci il oktyabrın 22-də Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Bakıya qaytarılarkən, qatarda xüsusi vaqondan iki dustağın – "Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının (Məmmədova) vəkili Nurəngiz Qarayeva deyib.
O bildirib ki, Fədayə Laçının sentyabrın 16-da Bakı Apelyasiya Məhkəməsində nəzərdə tutulan apelyasiya şikayəti üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən proses, dövlət ittihamçısının məhkəməyə gəlmədiyi üçün sentyabrın 23-nə təyin edilib. "Sentyabrın 13-də Kürdəxanı təcridxanasında onunla görüşmüşəm, həm səhhəti, həm də əhvalı qaydasındadır. Fədayə xanım azad olunmağını istəyir, həbsdən çıxandan sonra yaradıcılığına eyni qayda ilə davam edəcək. Biz onun bəraət almasını xahiş etmişik, dəlillərimizi də əsaslandırmışıq. Amma nə olacağına hakim qərar verəcək. Ümid edirik ki, proses sentyabrın 23-də yekunlaşacaq”, - müğənnin vəkili bildirib:
"Məhkəmə prosesinin dəfələrlə təxirə salınması "Gəncə işi” ilə eyni vaxta düşməsi ilə əlaqədar idi”, - deyə Nurəngiz Qarayeva məhkəmənin dəfələrlə salınması məsələsinə aydınlıq gətirərkən söyləyib.
2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar – "Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunub. Keçirilən əməliyyatla Etibar Məmmədov məhv edilib, Əli Ağami isə saxlanılıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) maddəsilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti