"Vəkil bizimlə görüşə cəhd etsə də, icazə vermədilər"

Загрузка...
''Ancaq antimilli hakimiyyət Şəhidlər Xiyabanının ziyarətinə maneçilik törədə bilər''
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli polisin 17 noyabrda Şəhidlər Xiyabanını ziyarətə imkan verməməsini hakimiyyətin partiyaların, ictimai hərəkatların və insanların hüquqlarına müdaxilə kimi qiymətləndirib. Bu barədə Cəmil Həsənli Meydan TV-nin əməkdaşı ilə danışarkən bildirib.
C.Həsənli hesab edir ki, hakimiyyətin noyabrın 17-də Milli Şura üzvlərinin Şəhidlər Xiyabanını ziyarətini zorakılıqla qarşılaması daxildə və xaricdə etiraz yaradıb: "Qərb mediası artıq baş verənlər barədə məlumat yayıb, dünən xarici mətbuatın gündəmi Azərbaycan hakimiyyətinin qanunsuz hərəkətləri olub. Beynəlxalq təşkilatlar məlumatlanıdırlıb, bir hissəsi öz münasibətini ifadə edib. Sosial şəbəkələrdə hakimiyyətin rəzil hərəkəti tənqid olunur. Bu, hakimiyyətin daha çox qorxu sindromu üzərində qurulmuş ağılsız hərəkətidir. Ancaq antimilli hakimiyyət Şəhidlər Xiyabanının ziyarətinə maneçilik törədə bilər. Şəhidlər Xiyabanını ziyarət yalnız siyasi hüquqlarla bağlı deyil, milli-mənəvi məsələdir. Ona görə də bu hisslərdən məhrum olanlar belə qanunsuzluqlara yol verə bilərlər”.
Milli Şura sədri deyib ki, idarədə günün çox hissəsini Əli Kərimli ilə polis nəzarətində olublar: "Telefonlarımız alınmışdı, ifadə almaq istəyirdilər, amma vəkilin iştirakını tələb etdik. Ona görə akt tərtib olundu ki, vəkilləri olmadığından ifadə verməkdən imtina etdilər. Amma vəkil Vidadi Mirkamal bizimlə görüşə cəhd etsə də, icazə vermədilər. Hakimiyyət mediasının yazdığına görə, Əli bəyə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə istinadən maddələr irəli sürüblər, bu, 2 aya qədər həbs və cəriməni ehtiva edir. Məncə, bu gün, bazar günü hər şey aydın olmalıdır”.
C.Həsənli bildirib ki, o, noyabrın 17-də günün çox hissəsini Əli bəylə eyni kabinetdə olub: "Bu vaxt ərzində bizə qarşı zorakılıq, yaxud kobudluq olmadı”.
Загрузка...
Загрузка...

Xəbər lenti