"Keçmişi ləkəli insanlarla irəli getmək mümkün deyil"

Загрузка...
"Son illər Vəkillər Kollegiyasında uzaqlaşdırılan bir sıra vəkillərin, ad çəkməyəcəm onları hamınız tanıyırsınız, əsas günahı peşələrini ləyaqətlə yerinə yetirmələri olub. Bu adamların kollegiyadan uzaqlaşdırılması isə xirtdəyə kimi zibilin içində olan, cinayətləri sübuta yetirilmədiyi və barələrində qanuni qüvvəyə minmiş hökm olmadığı üçün cinayətkar deyə bilməyəcəyim bir dəstə dövlətşüvənin sifarişi ilə olub. Onlar yeni-yeni qanunsuz əməllərinə görə irəli çəkilir, orden-medal alır, milyonlara sahiblənir. Ləyaqətli insanlar isə azadlıqlarını, səhhətlərini, iş yerlərini itirir". Bu fikirlər tanınmış vəkil Adil Əliyevə məxsusdur.
Vəkil "facebook" profilində yazdığı statusda qeyd edir: "Son günlər paylaşdığı yazıların "qəhrəmanlarının” yeri bilirsiniz də haradır, amma onlar illərdi qanunları tapdaya-tapdaya "qanuna” xidmət edirlər. Qüvvəyə minmiş qanunları minirlər... Prezidentin islahat barədə Fərmanından aylar keçib, nəsə dəyişibmi? Dəyişməyəcək də!!! Çünki KEÇMİŞİ LƏKƏLİ OLAN İNSANLARLA İRƏLİ GETMƏK MÜMKÜN DEYİL. Fərmandan dərhal sonra televiziyada, saytlarda, qəzetlərdə, müşavirələrdə onu tərifləmək üçün növbəyə düzülən dövlətşüvənlərin səsi çıxmır. İnsan ümidini itirəndə faciəni də lağlağıya çevirir.
İllər öncə hüquq mühafizə orqanlarının rəhbərlərindən biri ilə səmimi söhbətim oldu. Onun növbəti qanunsuz qərarını müzakirə edirdik. Dedim qorxmursunuz ki, sabah bu qanunsuzluqlara cavab verməli olacaqsınız? Bilirsiniz nə cavab verdi? Dedi ki, "bilirsən bu qərarlardan nə qədər vermişəm, boğaza kimi pisliyin içindəyəm. Bir qərar çox, bir qərar az nə dəyişəcək ki? Bu gün bu qərarı verməsəm bir gün də bu kresloda qoymazlar sənin dediyin sabahsa nə vaxtsa olacaq-olmayacaq bunu bilmək olmaz”.
İndi bildiniz niyə yazıram gördüklərimi və bildiklərimi? Mən o sabahın tez gəlməsini istəyirəm, çünki görmək istəyirəm o günü. Və başa düşürəm ki, nə qədər ki, cinayətlə mübarizəni cinayətkara tapşıracaqlar o gün gəlməyəcək ...
Siz istəsəniz də, istəməsəniz də mən özüm üçün, uşaqlarım üçün o günün gəlməsi üçün əlimdən gələni edəcəm... Məni həqiqətən istəyənlər, əzizlərim, doğmalarım deyir ki, özünə niyə yazığın gəlmir, sənə hamıdan çoxmu lazımdı? Siz nə deyirsiniz, bəlkə həqiqətən düz eləmirəm... O günün gəlməsini İstəyirsinizmi??? Bundan sadə deyə bilmədim, üzrlü sayın... TAMAMMI?".
Загрузка...
Загрузка...

Xəbər lenti