Vəkil: Aclıq Azad Həsənovun vəziyyətinə təsir edib

Vəkil: Aclıq Azad Həsənovun vəziyyətinə təsir edib
Загрузка...
Müsavatçı aclığı davam etdirəcəyini deyib
İyulun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində işinə baxılarkən aclığa başladığını bildirən müsavatçı fəal Azad Həsənovun saxlandığı Bakı İstintaq Təcridxanasında aksiyanı davam etdirdiyi bildirilir. İyulun 25-də təcridxanada onunla görüşən vəkili aclığı dayandırmasını istəsə də, A.Həsənov aksiyanı davam etdirməkdə israrlı olduğunu deyib.
Vəkil Osman Kazımovun bildirdiyinə görə, dörd gündür aclıq etməsi A.Həsənovun vəziyyətinə təsir göstərib. Bununla belə, o, aksiyanı dayandırmaq istəmir.
Müdafiəçinin sözlərinə görə, istintaq təcridxanasının rəhbərliyi də iyulun 25-də A.Həsənovla görüşüb.
Penitensiar Xidmət isə A.Həsənovun aclıq aksiyası keçirməsi barədə məlumatı təkzib edib. 2014-cü ildən Litvada siyasi mühacir kimi yaşayan A.Həsənov 2018-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Bakıya gəlib. Gəlişinin səbəbi isə atasının ağır durumu durumu olub. Elə həmin gün - oktabrın 11-də həbs olunub.
O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, daşıma və ya saxlama satış məqsədilə olduqda) maddəsilə ittiham olunur. Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var. A.Həsənov ittihamı qəbul etmir, narkotiki cibinə onu həbs edən Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarının atdığını bildirir.
A.Həsənovun sözlərinə görə, o, siyasi fəaliyyəti, sosial şəbəkələrdəki tənqidlərinə görə Azərbaycanda uzun müddət təzyiqlərə məruz qaldığına görə ölkəni tərk etməyə məcbur olmuşdu: "Anam vəfat edəndə də yanında ola bilməmişdim. Ona görə gəldim ki, ağır vəziyyətdə də olsa, atamı görə bilim".
Загрузка...
Загрузка...

Xəbər lenti