“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ

03 Mart 2021, 12:46
03 Mart
2021
12:46
307
"Arman Dikiy” ("Vəhşi Arman”) ləqəbli qazaxıstanlı kriminal avtoritet, bir vaxtlar "Lotu Quli”nin yaxın ətrafına daxil olan Arman Cumagəldiyev məşhur özbəkistanlı biznesmen-kriminal avtoritet "Qara Qafur”un bacısı oğlu Rövşən Muhiddinovu ("Qızıl Rövşən”) İstanbuldakı otellərdən birində döydüklərini təsdiq edib. Lakin işgəncə haqda deyilənləri rədd edərək onu "qorxaq” adlandırıb. Bu haqda "Azadlıq” radiosunun qazax xidməti bildirir. "Vəhşi Arman” Muhiddinovla "razborka” barədə özünün İnstagram səhifəsində yazıb.

"Qızıl Rövşən"
Virtualaz.org kriminal aləmin Orta Asiyadan olan bu nüfuzlu nümayəndələri arasında milyonlarla dollarlıq hesablaşma barədə ötən günlərdə "Azadlıq” radiosunun özbək xidmətinə istinadən yazmışdı. Xatırladaq ki, hazırda İstanbulda olan Muhiddinov sosial şəbəkələr üzərindən yaydığı müraciətində 2019-cu ilin noyabrında "lotu Quli”nin adamları (o cümlədən "Arman Dikiy”) tərəfindən İstanbuldakı "Hyatt Regency” otelinə "razborka” üçün çağırıldığını, orada 10-a yaxın idmançı cüssəli şəxs tərəfindən əlləri bağlı halda saatlarla döyüldüyünü, işgəncə verildiyini bildirmişdi. "Qızıl Rövşən” deyirdi ki, onu "Dubaydakı qohumunun” əmri ilə döyüblər.

Dubay: "Arman Dikiy" və "Qara Qafur"
Daha sonra Muhiddinovun yaxınları həmin nüfuzlu qohumun hazırda Dubayda olan keçmiş AIBA (Beynəlxalq Həvəskar Boks Federasiyası) prezidenti, kriminal avtoritet Qafur Qəhimov olduğunu təsdiq etmişdilər. "Qara Qafur”un öz qohumunu döydürməsinə səbəb isə hazırda həbsdə olan özbəkistanlı biznesmen Oybek Mirəliyevlə bağlıdır. Mirəliyev "Qara Qafur”un ortağı olub və "Qara Qafur”un arvadı Lola Rəhimovanın şikayəti əsasında həbs edilib. Rəhimovanın şikayətində göstərilir ki, Mirəliyev onların ailəsinə məxsus mənzili 650 min dollara satıb və pullarını mənimsəyib. Habelə "Mercedes Maybach” markalı avtomobilini və daha 7 milyon dolları da ələ keçirib.
"Qara Qafur” Mirəliyevdən həmin pullarının alınmasını (kriminal aləmin qaydaları əsasında) bacısı oğlu Muhiddinova tapşırıb. Muhiddinov isə məsələni araşdırıb və əmin olub ki, Mirəliyev günahkar deyil, pulları əslində Lola Rəhimova mənimsəyib. O, dayısına bu haqda deyəndə "Qara Qafur” qəzəblənib, bacısı oğlunu "düşmənin tərəfinə keçməkdə” günahlandırıb və onunla əlaqəni kəsib.

Daha sonra Lola Rəhimovanın məsləhəti ilə "Qızıl Rövşən”i cəzalandırmaq üçün "Lotu Quli” və "Dikiy Arman”a müraciət edib. Onlar da öz adamlarını Muhiddinovla "razborkaya” göndəriblər.
Fevralın 28-də İnstagram-da yerləşdirilmiş audioyazıda Cumagəldiyev bildirir ki, Muhiddinovu həqiqətən İstanbuldakı otellərdən birinə görüşə çağırıblar. Orada "görüşə silahla gəldiyi üçün” ona bir neçə zərbə vurublar, amma işgəncə verməyiblər.
"Arman Dikiy” həmin hadisə ilə bağlı polisə şikayət etdiyi üçün Muhiddinovu "qorxaq” adlandırır.
Muhiddinov hazırda İstanbulda yaşayan nüfuzlu özbək biznesmendir. Onun kriminal dairələrlə bağlı olduğu bildirilir. Özbəkistan xüsusi xidmət orqanlarının istefada olan polkovniki anonimlik şərti ilə deyib ki, Qafur Rəhimov 2013-cü ilə qədər kriminal aləmə daxil idi və AIBA prezidenti seçilmək üçün kampaniyaya başlayanda öz yerinə Muhiddinovu irəli sürərək kriminal aləmdən formal olaraq uzaqlaşıb.
Xəbər lenti
-
21:50İcra başçısına 20 min rüşvət verən icra nümayəndəsi jurnalistin məhkəməsinə gəldi - hakim danışmağa imkan vermədi
-
11:29Vəkil: Hüseyn Abdullayevin səhhəti pisləşdiyindən aclığı dayandırıb
-
11:26Konsulun saxlanılmasının görüntüləri yayıldı - Ukrayna-Rusiya arasında qalmaqal
-
11:236 aylıq komadan sonra şəhid oldu...
-
11:20Gədəbəydə jurnalistin həbsi üçün 40 min manat rüşvət verilib - İDDİA
-
07:16Nazim İbrahimovun qardaşı yenidən həbs edildi
-
07:12Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir
-
07:08Hərbi prokuror "Tərtər İşi” işgəncələrindən danışdı: "Danışılanlar nağıldır..."
-
06:58Vəkil: "Hüseyn Abdullayevin bağırsağından qan açılıb"
-
13:06Aclıq aksiyası keçirən ahılların səhhəti pisləşib
-
12:38Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
-
20:47Azərbaycana kartofun içərisində 213 kq-dan çox heroin keçirmək istədilər
-
16:57Xalid Bağırovu vəkillikdən uzaqlaşdıran, İlqar Məmmədova ağır cəza kəsən hakim vəfat etdi, oğlu həbs olundu
-
16:55“Yoldan torba tapdı”, içindən zəhər çıxdı
-
16:50“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”
-
16:46Sumqayıtlı Mübarizin “Kursovka”sı yayıldı – Nazir olan korpusun pradolundakı balandyor da bahalı siqaret çəkməlidir
-
03:47Hüseyn Abdullayev: Ölüm aclığına başlayıram
-
03:44Partiyanın sədr əvəzi İlham Əliyevə 18 il həbs tələbi
-
03:41“Mənə qarşı hərbi çevriliş etmək istəmişdilər”
-
23:38Sensasion iddia: "Polis qız zorlanan evə kamera qoyub"
-
21:56İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi
-
21:51“Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur
-
21:47Azərbaycanlı “qanuni oğru” qətlə yetirildi
-
21:395 ahıl qadın ölüm aclığına başladı – baş prokurordan ədalət tələb edirlər
-
11:38"Mən ona kömək edəndə bilməzdim ki, polisdən uzaqlaşdırılaram..." - VİLAYƏT EYVAZOVA MƏKTUB
-
11:27Koronavirusdan həm bacısını, həm də qardaşını itirdi
-
11:22“İdeal”ın keçmiş sahibinin anası: Acgöz, “mənəm qanun” deyən məmurlar oğlumu əlimdən alır
-
11:15Türkiyə koronavirusa yoluxan biznesmen üçün Bakıya təyyarə göndərdi - BURADA MÜALİCƏ ALMAQ İSTƏMƏYİB
-
11:10Ermənistanda rus generalın qızının meyiti tapıldı
-
11:09Yasamalda binaya atəş açan şəxs qaçarkən qəza törətdi
-
11:08Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi
-
06:18“Abu İbrahim Dağıstani” ilə birlikdə həbs edilən Elçin Qasımova cəza kəsildi
-
20:41Baş prokuror itkin düşənlərlə bağlı işi xüsusi nəzarətə götürdü
-
17:14Müdafiə Nazirliyi: İtkin düşən hərbçiləri axtaranlar minaya düşüb
-
17:10Müdafiə Nazirliyinin polkovniki koronavirusdan vəfat etdi
-
22:23“İdeal”ın keçmiş sahibinin həbsinin detalları bilindi
-
19:17"İdeal"ın keçmiş sahibi HƏBS OLUNDU
-
14:54İtkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb
-
14:21Hakimiyyətlə müxalifəti bir-birinə vurduran "porno ulduz" niyə istintaqa cəlb edilmir?
-
12:44Nazirlik Rəmişin koronavirusdan öldüyünü açıqladı
19 Aprel 2021
18 Aprel 2021
14 Aprel 2021
13 Aprel 2021
12 Aprel 2021
08 Aprel 2021
07 Aprel 2021
06 Aprel 2021
Digər xəbərlər
-
Manşet, Dosye
Cəmiyyəti sarsıdan “Tərtər işi”nin istintaqının yenidən araşdırıla bilər - GƏLİŞMƏ HADISE
-
Manşet, Dosye
Rail Rzayev hansı generalın iştirakı ilə öldürülüb?
-
Manşet, Dosye
Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
Manşet, Dosye
“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
Manşet, Dosye
"Məsləhət gördü ki, yazmamışdan əvvəl cəbhəçilər, xüsusən də Sülhəddin Əkbərlə mütləq görüşüm"
-
Manşet, Dosye
“AKİF BABA” VƏ “ŞREK” – Eldar Mahmudova “piyaniska” deyir, Ramiz Mehdiyevi lənətləyirlər...
-
Manşet, Dosye
"Dustaqlar deyirdi ki, Çovdarovu "sever"ə aparıb, üzdəniraq edəcəyik!" - Keçmiş müstəntiq "Akif baba" haqda yazır
-
Manşet, Dosye
Eldar Mahmudovun ABŞ səfirinə dedikləri: “Elmar Hüseynov həmin nazirdən 2 milyon dollar tələb edib və elə buna görə öldürülüb”
-
Manşet, Dosye
Azərbaycan Ordusuna qarşı törədilmiş cinayətin arxasında kim durur? - SABİQ TƏHLÜKƏSİZLİK ZABİTİNDƏN SENSASİON YAZI