Vəfat etdiyi bildirilən “Bülbülə Tahir” kimdir?

01 Oktyabr 2019, 16:22
01 Oktyabr
2019
16:22
6146
"Bülbülə Tahir” kimi tanınan kriminal avtoritet Tahir İbrahimovun dünyasını dəyişməsi barədə məlumat yayılıb.
Yenisabah.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən Tahir İbrahimovun doğma kəndi Bülbülədə onun vəfat etməsindən danışırlar. Tahir İbrahimovun Türkiyədə ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.
1969-cu il təvəllüdlü İbrahimov Tahir Abbas oğlu təkcə Azərbaycanın deyil, Rusiyanın da kriminal dairələrində kifayət qədər nüfuza malik olub.
Hüquq-mühafizə orqanlarının illər əvvəl yaydığı məlumata görə, Bülbülə Tahir "Nardaran Bala” ləqəbi ilə tanınan Balaqardaş Dadaşova yaxın şəxs olub. Məlumatlara görə, hazırda İranda gizlənən Balaqardaş Dadaşovun dəstəsində 40-a yaxın kriminalitet təmsil olunurmuş. "Nardaranlı Bala” haqqında materiallarda o, Azərbaycanda kidneppinqin (uşaq oğurluğu) əsas fiqurantı kimi qələmə verilir.
Onun aktivində 12 adam oğurluğu olduğu deyilir.
"Karyerasına” 1981-ci ildən başlayıb. Həmin vaxt Balaqardaş Dadaşov ölüm işinə görə Arxangelsk həbsxanasında cəza çəkirmiş. "Nardaranlı Bala” həbsxanada kriminal dünyanın əfasanəsi hesab edilən "Yaponçik” ləqəbli Vyaçeslav İvankovla tanış olub. Bu tanışlıq sonralar dosluğa çevirlib.
Balaqardaş Dadaşov və dəstəsinin uşaq oğurladığı barədə bizə hər hansı fakt bəlli deyil.
Bundan başqa, Azərbaycanda "oğru qanunları” bəzi hallarda digər ölkələrdəki "kriminal kodeks”lərdən fərqlənir. Konkret olaraq kidneppinq azərbaycanlı "qanuni oğru”lar tərəfindən o qədər də yaxşı əməl sayılmır.
2002-ci ildə Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi (DİN) Tahir İbrahimov, o cümlədən Balaqardaş Dadaşovun dəstəsinin digər üzvləri barədə birgə məlumat yayıb. Həmin məlumatda bildirilir ki, 1994-cü il avqustun 28-də cinayətkar aləmdə "Bülbülə Tahir”in qardaşı Hidayət İbrahimov, Akif Rüstəmov, "Roşka” ləqəbli Rövşən Paşayev və qeyrilərindən ibarət dəstə iş adamı Faiq Ələkbərovu Bakı şəhərindəki ofisində silahlı basqın etməklə oğurlayıb və 3 gün saxlayaraq hədə-qorxu ilə 182 min ABŞ dolları pulunu alıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rövşən Paşayev tutulub, digərlərinin isə axtarışı davam etdirilib.
1995-ci ilin may ayında isə dəstə Bakı Çay Fabrikinin direktor müavini Rafiq Rəsulovu, oktyabr ayında Bakı Yanacaqdoldurma Məntəqələri İdarəsinin müdiri, Bülbülə qəsəbəsinin sakini Mürvət Bayramovu silahlı basqın yolu ilə oğurlayaraq hədə-qorxu gəlməklə külli miqdarda pul tələb ediblər. Aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində "Bülbülə Tahir”in hələ 2000-ci ilin fevralında, dəstənin digər üzvləri İlqar Bədəlov, Nəsrəddin Məmmədyar oğlu, Rizvan Abdullayev və Firuz Qurbanov isə bu ilin iyul və noyabr aylarında Bakı və Moskva şəhərlərində həbs olunublar.
1999-cu ilin dekabrında isə Balaqardaş Dadaşovun və cəzaçəkmə müəssisələrinin birində azadlıqdan məhrumetmə cəzası çəkən Ülfət Xudiyevin təşkil etdikləri silahlı dəstə tərəfindən "Binə” yarmarkasının sahiblərindən biri, əslən nardaranlı Məmmədmirzə Hüseynovun qardaşı Tofiq oğurlanaraq 14 gün girov saxlayaraq qohumlarından hədə-qorxu ilə 1,5 milyon ABŞ dolları tələb olunub.
Həmin dəstənin digər üzvləri İlham Həmidov, Rüstəm Qasımov və qeyriləri tərəfindən hələ 1996-cı ilin mayında Moskva şəhərində kommersiya fəaliyyəti ilə məşğul olan Surətdin Talıbovun Bakıda silahlı basqın edilməklə oğurlanması və 40 min ABŞ dolları alındıqdan sonra buraxılması da istintaqa məlum olub.
Dəstənin əksər üzvləri Azərbaycanın və MDB dövlətlərinin ərazilərində tutularaq həbs olunub, Balaqardaş Dadaşov və qeyriləri barəsində isə həbsli axtarış elan edilib.
2011-ci ildə "Bülbülə Tahir”in azadlığa buraxılması barədə xəbər yayılıb. Bundan sonra onun kriminal fəaliyyəti sakit keçib. Bu illər artıq "oğru dünyası”nda konfliktlərin artdığı dönəmdir. "Bülbülə Tahir” maksimum surətdə konfliktlərə qoşulmamaq xətti tutub.
Həm konfliktlər, həm də Azərbaycanda "oğru ideyalarının” əhəmiyyətli dərəcədə məhdudlaşdırılması "Bülbülə Tahir”in də digər "qanuni oğrular” kimi ölkəni tərk etməsinə səbəb olub.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Oğru dünyası
“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
Manşet, Cinayət, Oğru dünyası
“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
Oğru dünyası
Rufo Gəncinski "proqon" yaydı: "Nihad Quli" vurulub
-
Manşet, Oğru dünyası
"Lotu Quli"ni tanımayan "Gəncəli Firdovsi"nin atası həbsxanada vəfat etdi - Prokuroru öldürmüşdü
-
Manşet, Foto, Oğru dünyası
Lotu Quli qətlə yetirilərkən yanında olan azərbaycanlı kriminal avtoritet də öldürüldü
-
Manşet, Oğru dünyası
"Qanuni oğru"lar "proqon" yaydı: "İlqar Dmanisski oğru deyil"
-
Oğru dünyası
"Rövşən Lənkəranski"nin düşməninə 8 illik HƏBS CƏZASI
-
Manşet, Foto, Oğru dünyası
Ülfət Tağıyev qayıtdı, Moskva qanqsterlərinə başçılıq edir - ONU ŞƏHƏRDƏ KORTEJİN MÜŞAİYƏTİ İLƏ GEDƏN GÖRÜBLƏR...
-
Oğru dünyası
Rövşən Lənkəranskinin "sağ əli" "Rufo Gəncinski" azadlığa çıxır - KRİMİNAL ALƏMDƏ ÇAXNAŞMA