Vağzalda dəhşətli terroru təşkil edən İŞİD-çinin arvadı Ülkər Məmmədova təslim oldu - VƏ TERROR QRUPLAŞMASININ SİRLƏRİNİ AÇDI...

01 Dekabr 2021, 00:23
01 Dekabr
2021
00:23
1382
Ankarada 2015-ci il oktyabrın 10-da iki İŞİD terrorçusunun üzərlərindəki bombanı partladaraq törətdiyi qanlı terror aktının təşkilatçısı olan Mustafa Dokumacının azərbaycanlı arvadı Ülkər Məmmədova Türkiyə polisinə təslim olaraq əri və qoşulduğu İŞİD terror qruplaşması barədə bütün bildiklərini danışıb. virtualaz.org xəbər verir ki, Azərbaycan vətəndaşı olan və İŞİD-in "canlı bombası” olaraq axtarılan, bu il oktyabrın 9-da Suriyadan Türkiyəyə keçərək təslim olan Ülkər Məmmədovanın istintaqa danışdıqlarına "Alman dalğası” radiosunun türk redaksiyası yer verir.
Ankarada törədilən həmin dəhşətli terror aktı nəticəsində 103 nəfər həlak olub, yüzlərlə adam yaralanıb. Türkiyənin xüsusi xidmət orqanları terror hücumunu İŞİD-in tərkibindəki "Adıyamanlı Dokumacılar” adlı qruplaşmanın və onun lideri Mustafa Dokumacının təşkil etdiyini müəyyənləşdiriblər.

Mustafa Dokumacı
Türkiyə polisinin "canlı bomba” siyahısında olan Ü.Məmmədova peşimanlıq haqda qanunun müddəalarından yararlanaraq etirafçı olub və 60 nəfər təşkilat üzvünün barəsində məlumatları çatdırıb. Məmmədovanın sözlərinə görə, 2014-cü ildə Mustafa Dokumacı ilə birlikdə Suriyaya getmək üçün sərhədi keçərkən əsgərlər onları görüblər, hətta sərhədi keçmələrinə kömək ediblər. Bir ay sonra Türkiyəyə qayıdarkən sərhəddə jandarma tərəfindən yaxalandıqlarını deyən Məmmədova cərimə yazıldıqdan sonra sərbəst buraxıldıqlarını iddia edib.
Ü.Məmmədova bildirib ki, əri Adıyamana qayıtdıqdan sonra orada çayxana işlədib. Bu çay evi İŞİD üzvlərinin təşkilatın Adıyamandakı qərargahı kimi istifadə etdikləri "İslam Çay Evi” olub.
İŞİD-in Türkiyə özəyinin əsas fiqurlardan biri olan Mustafa Dokumacı Adıyamanda ona bağlı "Dokumacılar Qrupu”nu yaradıb. Şəhərdə işlətdikləri "İslami Çay Evi”ni təşkilat üzvlərinin görüş yeri kimi istifadə edən Dokumacı bu yolla xeyli adamı İŞİD sıralarına cəlb edərək Suriyadakı vətəndaş müharibəsinə aparıb. Onların arasından Yunus Emre Alagöz Ankara Vağzalını partladanlardan biridir, qardaşı Şeyx Əbdürrəhman Alagöz isə Suruç qətliamını həyata keçirib.

Mustafa Dokumacının həyat yoldaşı Ülkər Məmmədova Daxili İşlər Nazirliyinin terror axtarışında olanlar siyahısında mavi kateqoriyaya düşüb. Polis idarəsində "Canlı bomba əməliyyatında istifadə oluna biləcək şəxs kimi barəsində kəşfiyyat məlumatı olan şəxs" qeydi olan Məmmədova İnterpol tərəfindən qırmızı bülletenlə axtarılıb.
"DW Turkish”-nin əldə etdiyi məlumata görə, Azərbaycan əsilli Məmmədova 6 oktyabr 2021-ci il tarixində Hatayın Altınözü rayonunda qeyri-qanuni yollarla Türkiyə ərazisinə keçmək istəyərkən yaxalanıb.
Oktyabrın 8-də Adıyaman Terrorla Mübarizə Şöbəsinə gətirilən Məmmədova etirafçı olmaq və peşimanlıq haqda qanundan yararlanmaq istədiyini bildirib. İfadəsində 114 İŞİD üzvü ilə bağlı məlumat verən Məmmədova 34-ü qadın olmaqla, 60 təşkilat üzvünü müəyyənləşdirib.
Oktyabrın 9-da ifadəsi alınan Ülkər Məmmədova Azərbaycandan Türkiyəyə necə getməsindən, Mustafa Dokumacı ilə necə tanış olub evlənməsindən, daha sonra onunla birlikdə Suriyaya gedib İŞİD-ə necə qoşulmasından danışıb.
Atasının ehtiyatda olan polkovnik olduğunu bildirən Ü.Məmmədova Azərbaycanda siyasi elmlər fakültəsində oxuyarkən "baş örtülü qızların dərsə buraxılmaması” səbəbindən universiteti tərk etdiyini iddia edib.
Daha sonra Konya Səlcuq Universitetinin İlahiyyat fakültəsinə qəbul olunub. O, Mustafa Dokumacı ilə Facebook-da tanış olduqlarını və evlənməyə qərar verdiklərini deyib. 2010-cu ildə Gürcüstan üzərindən Rizəyə avtobusla gedib və Dokumacı ilə üz-üzə görüşüb. Ü.Məmmədova daha sonra Adıyamana köçdüklərini və Mustafa ilə dini toy etdiklərini bildirib. 2011-ci ildən onunla rəsmi nikahda olduqlarını bildirən Ülkər Məmmədova ifadəsinə belə davam edib: "Mustafa Dokumacı mənə dini cəhətdən qeyri-kafi olduğumu, müasir qapalı (dəblə baş örtüsü taxmaq,-red.) olduğumu deyirdi.

Bildirirdi ki, Suriyada müharibə gedir və kömək etmək üçün biz də ora getməliyik. Getmək istəmədiyimi dedim, amma mənə təsir göstərdi, təzyiq etdi. Mənim İŞİD-ə qoşulmağımın və Suriyaya getməyimin tək səbəbkarı Mustafa Dokumacıdır”.
Qadın bildirib ki, əri ilk dəfə 2014-cü ilin yanvarında Suriyaya gedib. Bir ay sonra yenidən Adıyamana qayıdıb və onu, uşaqlarını da aparmaq üçün hazırlıq görüb. Suriyaya Hatay bölgəsindən keçiblər, getdikləri maşın onları sərhədə yaxın yerdə düşürüb və qalan yolu piyada gediblər. Sərhədi keçərək Suriyanın Telabyad rayonuna üz tutublar.
Ü.Məmmədovanın dediyinə görə, əri 2015-ci il iyunun 1-də döyüşlərdən birində hava zərbəsi zamanı yaralanıb, hər iki ayağı sınıb. Əməliyyat olunmaq üçün Türkiyəyə qayıtmaq istəyib, amma Ankaradakı terror hücumu planına görə bunu edə bilməyib.
"Ankara partlayışını törədən şəxs Adıyamanlı qrupundan idi. Eşitdik ki, bu partlayışdan sonra Adıyamanlılar axtarılır. Həyat yoldaşım buna görə əməliyyat olunmaq üçün Türkiyəyə getməkdən vaz keçdi" - o bildirib.
Ü. Məmmədova Ankara vağzalını partladanlardan biri olan Yunus Emre Alagözlə bağlı suallara cavab olaraq onu heç vaxt görmədiyini, tanımadığını deyib.

"Bildiyim odur ki, Ankara partlayışını törədən şəxs Adıyamanlı idi. Bu partlayışdan sonra həyat yoldaşım mənə partlayışı törədən şəxsin İslami baxımından çox parlaq gələcəyinin olduğunu söylədi və bu səbəbdən onun halına çox üzüldü. Hətta "lənətə gələsən Bağdadi, (İŞİD lideri) "sən bu gənclərə nə etdin” dedi, ağlamağa başladı”, - o deyib.
Əri ilə bir müddət aralı qaldığını, sonradan onunla İdlibdə yenidən görüşdüyünü deyən Ü.Məmmədova M. Dokumacı ilə Səmədə bölgəsində daha 9 ay birlikdə qaldığını bildirib.
Məmmədova "Həyat yoldaşım 23 avqust 2020-ci il tarixində evdən çıxdıqdan 15 dəqiqə sonra kamikadze pilotsuz təyyarəsinin hücumu nəticəsində ölüb” deyə ifadəsində bildirib.
Deyib ki, ərinin öldürülməsindən sonra 2021-ci ilin mayında onun qardaşına zəng vurub, Türkiyəyə qayıtmaq istədiyini deyib. "Ərimin qardaşı dərhal Türkiyə kəşfiyyatına zəng vurub bu haqda məlumat verdi. Türkiyəyə qayıtmaq üçün icazə aldım. Qaçaqmalçıya 250 dollar verdim, məni sərhədə gətirdi, burada çayı piyada keçib türk əsgərlərinə təslim oldum”, - o deyib.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Dosye
Eldar Mahmudovla Nizami Şirinovun mətbəəsində ölüm - “İNDİGO” HƏLƏ DƏ MTN GENERALLARINA XİDMƏT EDİR…
-
Manşet, Dosye
Vağzalda dəhşətli terroru təşkil edən İŞİD-çinin arvadı Ülkər Məmmədova təslim oldu - VƏ TERROR QRUPLAŞMASININ SİRLƏRİNİ AÇDI...
-
Manşet, Dosye
“Müstəntiq bacımın telefonuna gizli izləmə proqramı yazıb”
-
Manşet, Dosye
“Qumarxanalar kralı”nı sifarişlə öldürən Həsən Müzəffərov ömürlük “içəri getdi”...
-
Manşet, Dosye
“Oğlumu xüsusi qəddarlıqla öldürüb, meyitini təhqir edib...”
-
Manşet, Dosye
Biz dövlətimizi niyə qura bilmirik? - ƏRƏSTUN ORUCLUNUN KQB POLKOVNİKİ İLƏ SENSASİON SÖHBƏTİ
-
Manşet, Dosye
Ərdoğan həbsdəykən Heydər Əliyevin təlimatı ilə ziyarətinə gedən baş prokuror kimdi?
-
Manşet, Dosye
Cəmiyyəti sarsıdan “Tərtər işi”nin istintaqının yenidən araşdırıla bilər - GƏLİŞMƏ HADISE
-
Manşet, Dosye
Rail Rzayev hansı generalın iştirakı ilə öldürülüb?