“Vasmoy”da uşağı oğurlayıb 1 gecə saxlamışdı...

“Vasmoy”da uşağı oğurlayıb 1 gecə saxlamışdı...
Загрузка...

Bakıda 4 yaşlı qızı oğurlayan şəxsin məhkəməsi başlayır.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, ötən il oktyabrın əvvəlində 4 yaşlı Maral Muxtarova Nizami rayonunda "8-ci kilometr” bazarında yoxa çıxmışdı. Valideynləri ilə birgə bazara gedən qız qəfildən itmişdi. İlkin məlumatda onun bazarda fəaliyyət göstərən arabaçılardan biri tərəfindən oğurlandığı iddia edilirdi. Bir gün sonra isə naməlum şəxs Maralı Mərdəkan qəsəbəsində polis bölməsinin həyətinə qoyaraq getmişdi.

4 yaşlı Maral Muxtarovanı oğurlayıb 1 gecə gizlədən şəxs sonradan saxlanılıb. Onun Məhərrəmov Elxan Sətdar oğlu olduğu müəyyən edilib. E.Məhərrəmov adam oğurluğunda ittiham edilərək cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə təqsirləndirilir. 

 

E.Məhərrəmovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində göndərilib. İşə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.

E.Məhərrəmovun təqsiri sübuta yetirilərsə, onu 10 ildən 15 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir.

Загрузка...
Загрузка...

Xəbər lenti