Vasif Talıbovsayağı Yeni il Vasif Talıbovsayağı Yeni il

Vasif Talıbovsayağı Yeni il
Загрузка...
Yeni il gecəsi Naxçıvan şəhərində yerli hakimiyyət orqanlarının təşkil etdiyi "bayram atəşfəşanlığı” az qala insan tələfatı ilə nəticələnəcəkdi. Görünür, Naxçıvan rəhbərliyi Bakıdan geri qalmamaq və daha miqyaslı atəşfəşanlıq təşkil etmək qərarına gəlib. Lakin naxçıvanlılar fişəngi artilleriya mərmisi ilə səhv salıblar, çünki fişəng atılan kimi partlayış baş verib və fişəng topları yuxarı deyil, çoxminlik insan axınının üzərinə düşüb. Sosial şəbəkələrdə yayımlanan videoda adamların bayram təşkilatçılarını lənətləyərək yanmaqdan qorunmaq üçün təlaşla qaçdıqları görünür.
Qeyri-rəsmi məlumata görə, dörd nəfər xəsarət alıb. Bayramda iştirak edən Naxçıvan rəhbəri Vasif Talıbovun ailəsi ilə nə baş verdiyi açıqlanmır. (Turan.az)

Xəbər lenti