Vasif Talıbov Ali Məclisə seçkilərlə bağlı sərəncam imzalayıb

Vasif Talıbov Ali Məclisə seçkilərlə bağlı sərəncam imzalayıb
Загрузка...
Naxçıvanda seçkilərin vaxtı müəyyənləşdi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də seçkilər gələn il, fevralın 9-da keçiriləcək. Ali Məclisin sədri Vasif Talıbov dekabrın 9-da bununla bağlı sərəncam imzalayıb.
Sənəddə deyilir ki, bu qərar "Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndinə uyğun olaraq verilib.
Azərbaycan Milli Məclisi dekabrın 2-də buraxılması üçün Prezidentə müraciət edib. Prezident müraciəti qəbul edib və növbəti parlament seçkisi 2020-ci il fevralın 9-na təyin olunub.
Загрузка...
Загрузка...

Xəbər lenti