Van Dammın oğlu azərbaycanlı pianoçu ilə nişanlandı Van Dammın oğlu azərbaycanlı pianoçu ilə nişanlandı

Van Dammın oğlu azərbaycanlı pianoçu ilə nişanlandı
 22 yaşlı Suada Hacızadə Bakıda doğulub Amerikalı aktyor Jann Klod Van Dammın oğlu Kristofer azərbaycanlı pianoçu Suada Hacızadə ilə nişanlanıb. Cütlük "İnstagram” sosial şəbəkəsində nişanlı olduqlarını yazıblar.
Suada Hacızadə 24 oktyabr 1999-cu ildə Bakıda doğulub. Dörd yaşından bədii gimnastika ilə məşğul olub. Xalq arasında "Səlyanlı Şirin” kimi tanınan tarzən Şirin Axundovun nəslindəndir.
İlk məktəb təhsilinə Bakı Avropa Liseyində başlayıb. Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun tələbəsi olub. Bakı Musiqi Akademiyasının məzunudur. Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrlərı ilə konsertlər verib. Azərbaycan XXI əsrə istedadlarla: Hacızadə Suada Elxan qızı 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatıdır. Prezident təqaüdçüsüdür.
"Hər insanın bir arzusu var, mənim də arzum dünyanın ən tanınmış ifaçıları sırasında olmaqdır. Ən məşhur dünya səhnələrində Azərbaycan mədəniyyəti və musiqisini tanıtmaq, tariximizi, Qarabağ haqqında bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır”, - Suada Hacızadə müsahibələrindən birində deyib. Kristofer Van Damm 20 may 1987-ci ildə Amerikada doğulub. Aktyor və prodüsser kimi fəaliyyət göstərir. 

Van Damm, Kristofer Van Damm və Suada Hacızadə dostlarıyla

Xəbər lenti