Vahid Mustafayev: "ANS bəraət aldı..."

Vahid Mustafayev:
Загрузка...
ANS-in günahının olmadığı tam sübuta yetirildi. Criminal.az saytı xəbər verir ki, ANS şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev öz "facebook" səhifəsində yazıb ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq.
Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi. Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan xalqı və dövləti, daim bizə etimad göstərən olkəmizin prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi! Çingiz demişkən: "Heç kim və heç nə unudulmayacaq!". 
Загрузка...
Загрузка...

Xəbər lenti