Usubovun qətlə yetirilən Rəna Nəsibova barədə 14 il əvvəl verdiyi ARAYIŞ üzə çıxdı

Usubovun qətlə yetirilən Rəna Nəsibova barədə 14 il əvvəl verdiyi ARAYIŞ üzə çıxdı
Загрузка...
"Rəna Nəsibova bildirmişdi ki, Bakı şəhərində törədilən bir çox cinayətlərin başında DİN-in əməkdaşı Hacı Məmmədov durur"
Tanınmış vəkil Adil İsmayılov Azərbaycanın yaxın keçmişi ilə gördüyü və bildiyi ən səs-küylü cinayətlərlə bağlı uzun müddət sirr kimi qalmış məqamları faktlarla göstərməkdə davam edir. O, növbəti "facebook" postunda Hacı Məmmədovun prokuror-kriminalist Rövşən Əliyevi öldürməsi ilə bağlı Baş Prokurorluğun rəhbər şəxslərinin məlumatlı olmasına dair sənədin məzmununu təqdim edib: 
Əvvəlki yazıları oxu:
• Hacı Məmmədovla üçüncü görüş: "Kimə demişdin, get ondan soruş..."
"Hacı Məmmədovun Rövşən Əliyevi öldürməsini prokurorluğun rəhbərliyi 2003-cü ildə bilirdi" yazısından sonra prokurorluğun gözəgirənləri saxta profillərdən bunun yalan olması barədə şərhlər paylaşmağa başladı. Sonrakı statusumda yazdım ki, söylədiklərimin hamısı sənədlərə və şahid ifadələrinə əsaslanır. Hacı Məmmədovun cinayət işinin materialları ilə tanış olarkən ilginc bir sənədə rast gəldim. 1978-ci ildə Universiteti bitirəndən sonra 13 il müstəntiq işləmişəm və 28 ildir ki, vəkiləm. Bu 41 il ərzində oxuduğum yüzlərlə cinayət işlərində birinci dəfə belə "sənəd” görürdüm. İndi həmin sənədin bəzi fraqmentlərini paylaşıram, yaxın günlərdə isə dostların məsləhəti ilə bu və digər istintaq materiallarının şəkillərini paylaşacam.
 RÜSTƏM USUBOVUN RƏNA NƏSİBOVA BARƏSİNDƏ ARAYIŞI
Sənəd belə adlanırdı: "1970-ci il təvəllüdlü "Knauf” firmasında menecer vəzifəsində işləyən, boşanmış, bir uşaq anası, Fatmai kəndində bağ evlərində müvəqqəti yşayan, Bakı şəhəri 2-ci mikrorayonda qeydiyyatda olan Nəsibova Rəna Yusif qızından alınmış məlumata dair
                        A R A Y I Ş
11 avqust 2003-cü il tarixdə Nəsibova Rəna Yusif qızı Azərbaycan Respublikası Prokurorluğunun inzibati binasına gəlmiş, BAŞ PROKURORA kriminalistika şöbəsinin rəisi Rövşən Əliyevin qətli ilə, törənmiş digər cinayətlərlə bağlı məxfi məlumat vermək arzusunda olmasını bildirmişdir. Rəna Nəsibova bildirib ki, Bakı şəhərində törədilən bir çox cinayətlərin başında DİN-in əməkdaşı Hacı Məmmədov durur. Hacı Məmmədovun bir neçə cinayətkar dəstəsi var. Bir cinayətkar dəstənin üzvləri, digər dəstənin üzvlərini tanımırlar. ..”
Nəsibova daha sonra Hacının dəstəsinə daxil olan Ruslan adlı çeçenlə və onun qardaşları Sedek və Xusainlə necə tanış olmasını danışıb.
Arayışda göstərilir ki, "Ruslanın deməsinə görə, adam oğurluqları ilə bağlı olan cinayət işində Rövşən Əliyev Hacı Məmmədova çıxmışdır, yəni Hacının həmin cinayətləri törətməsini sübuta yetirmişdir. Hacının Rövşəni görməyə gözü yox idi, ona görə ki, onin ayağının altını qazırdı...”
Arayışda daha sonra Hacının dəstəsi tərəfindən Rıvşən Əliyevin öldürülməsi, törədilmiş digər cinayətlər barəsində Nəsibovanın verdiyi məlumatlar öz əksini tapır.
Arayış belə qurtarır: "Mənbə adının məxfi saxlanılmasını xahiş edib, ona görə ki, adlarını çəkdiyi şəxslər onun yanında cinayətləri törətdikləri barədə söhbət etmişlər. Onun məlumatının yoxlanılması çox ehtiyatla aparılmalıdır ki, çeçenlər onu öldürmək istəyirlər ki, onların törətdikləri cinayətlər barədə məlumatlar yayılmasın. Məlumatın sonu.”
Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi R.Usubov 28 fevral 2005-ci il.
A.İsmayılov qeyd edir ki, həmin arayışda diqqətini iki məqam çəkib: "Bir, arayışın tarixi, iki, arayışda 17 iyun 2004-cü ildə Rəna Nəsibovanın işlədiyi ofisdə onun meyidinin tapılması barədə bir kəlmənin də olmaması... davamı olacaq. Növbəti yazıda NƏ ÜÇÜN ZAKİR QARALOVUN DİNDİRİLMƏSİNİ İSTƏYİRDİK sualına cavab verəcəm". 
Загрузка...
Загрузка...

Xəbər lenti