Usubovun MTN-də verdiyi ifadə: "Rövşən Əliyev "Qarabulaq"da Lyudmila ilə mübahisə etmiş, hansısa şəxsi görərkən gizlənmiş..."

Usubovun MTN-də verdiyi ifadə:
Загрузка...
Tanınmış vəkil Adil İsmayılov Azərbaycanın yaxın keçmişi ilə gördüyü və bildiyi ən səs-küylü cinayətlərlə bağlı uzun müddət sirr kimi qalmış məqamları faktlarla göstərməkdə davam edir. O, növbəti "facebook" postunda Hacı Məmmədovun prokuror-kriminalist Rövşən Əliyevi öldürməsi ilə bağlı Baş prokurorun birinci müavini Rüstəm Usubovun Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsində şahid kimi dindirilməsinin protokolunu yayıb. Protikoldan məlum olur ki, Dindirməni müstəntiq Sahib Ələkbərov həyata keçirib. Həmin dindirməni olduğu kimi təqdim edirik:
"13 mart 2002-ci ildə Respublika Baş Prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin rəisi Rövşən Əliyev qətlə yetirilib. Rəhbərlik tərafındən həmin işin istinatıqının aparılması mənə həvalə edilib. Prokurorluq va DİN-ın əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Həmın işin istintaqı zamanı ortaya bir sıra fərziyələr çıxıb və həmin fərziyələrlə əlaqədar istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
11 avqust 2003-cü ildə Prokurorluğun rəhbərliyi məni mərkəzi aparata dəvat edib və bildiriblər ki, bir qadın məxfi olaraq Rövşən Əliyevin qətli va digər hadisələrlə bağlı məlumat vermək istəyir. Dəvət olunmuş otaqda prokurorluğun digər əməkdaşları da vardı. Həmin otaqda sonradan bildiyim 1970-ci il təvəllüdlü, Bakı şəhərində «Knauf» firmasında menecer vəzifəsində işləyən, boşanmış, bir uşaq anası, Fatmayı kəndindəki bağ evlərində müvəqqəti yaşayan, Bakı şəhəri 2-ci mikrorayonda qeydiyyatda olan Nasibova Rəna Yusif qızıdır.
Rəna Nasibova bildirdi ki, Bakı şəhərində törədilən bir çox cinayətlərin başında DİN-in əməkdaşı Hacı Məmmədov durur. Hacı Məmmədovun bir neçə cinayətkar dəstəsi vardır. Bir cinayətkar dəstaənin üzvləri digar dəstənin üzvlərini tanımırlar. Hacı çeçen milliyyətindən olan 3 qardaşa Ruslan, Sedek va Hüseynə çoxsaylı cinayətlərin törədilməsini tapşırmışdır. "Adam oğlurluğu, avtomaşınların qaçırılması".
Çeçen milliyətindən olan həmin 3 qardaş hazırda bir neçə avtomaşın oğurlayıb. Oğurladıqları avtomaşınları və adamları Novxanı kəndində saxlayırlar. Cinayətləri törədəndən sonra avtomaşınları məhv edirlar. Çeçen milliyyətli həmin 3 qardaş Rənanın qonşuları olmaqla 4-cü mikrorayon, Binəqədi küçəsi ev 1 a, mənzil 4-də və ya 5-da yaşayırlar. Telefonları 69-26-68- dir. Bəzən onlar Hüseynin arvadı Raisanın 33-95-219 nömrəli mobil telefonundan istifadə edirlər.
Hüseyn qardaşı Ruslana, Ruslan isə Rənaya danışıb ki, Məmmədov Hacının oğulluğu Ruslan deyib ki, Rövşan Əliyevi şəxsən özü öldürüb və bu cinayətin təşkilatçısı Mammadov Hacıdır. Ruslanın deməsinə görə adam oğurluqları ilə bağlı olan cinayət işində Rövşan Əliyev Məmmədov Hacıya çıxmışdır. Yəni Hacının hamin cinayətlərdə iştirakını sübuta yetirib. Hacının Rövşan Əliyevi görməyə gözü yox idi. Ona görə ki, Rövşən onun ayağının altını qazırdı. Hacının bütün yaxın adamlan DİN-də işləyirlər, o, istədiyi adamı DİN-a işa düzəldə bilir və işdən çıxartdırır.
Məmmədov Hacı cinayətkarları ratsiya ilə təchiz edir, onlar cinayətləri törədərkən Hacının verdiyi ratsiyalardan istifadə edirlər. Güya hansısa bir nəfər oğurlanmış adamı öldürüblər. Məmmədov Hacı onlara demişdir ki, bu adamı mütləq aradan götürmək lazımdır. Hüseyn onu öldürülməsinin əleyhinə olmuş, lakin buna baxmayaraq hamin şəxsi öldürmüşlər. Hüseyn deyib ki, namaz qılmadığına göra Sedekin arvadını öldürmək. Hüseynin evində səsboğucusu olan 2 adəd tapançası vardır. Hüseyn Cövhər Dudayevin vaxtında polkovnik rütbəsində olmaqla Çeçenistan daxili işlər nazirinin müavini vəzifəsində işləmişdir. Güya Hüseynin Çeçenistan prezidenti vazifəsinə namizədliyi irəli sürülmüşdür.
Hüseynin yanına gələnlər oğurlanmış avtomaşınlarla gəlirlər. İçərisində çeçenlər olan avtomaşının qəzası təşkil təşkil edilmişdir. Əvvəl bir avtomaşın olmuş, maşında kişi ila qadın olmuşdur. Qəzadan sonra Mammədov Hacının göstərişi ilə mobil telefondan Hüseynə zəng olunmuşdur ki, həmin çeçenlərlə Hüseynin arasını vurmaqla aralarında düşmənçilik yaradılsın va bu yolla 3 qardaş aradan götürülsün. Hüseynin 52-53 yaşı olmaqla 2 arvadı və 5 uşağı var. Arvadları bütün gün ərzində bir yerdə olurlar və yalnız gecələr öz mənzillərinə gedirlər. Məmmədov Hacı qorxmadan həmin 3 qardaşla görüşür, onlara cib xərcliyi verir. Ruslan öz qardaşları Hüseyn və Sedekdən ehtiyat edir. Ruslanın 23 yaşı var. Qardaşı Sedek Xaçorayevın barəsində olan cinayət işi üzrə Ruslan dindirilmişdir.
Eyni zamanda belə bir məlumat da var ki, Hacı Məmmədovun bankda işləyən Elçin adlı bacısı və ya qardaşı oğlu Hacıya məlumat vermişdir ki, bir nəfər milliyyətcə yəhudi olan şəxsin külli miqdarda pulu var və həmin şəxsi onlar oğurlamalıdırlar. Lakin onlar hələlik qorxurlar. Ona görə ki, Hacı Məmmədov hələ onun oğurlanmasına göstəriş verməmişdir. Həmin yəhudi keçmiş İnqilab küçəsində yaşayır.
Hacı Məmmədov DİN-də işləməklə polkovnik rütbəsindədir. O, Malakan bağının yanında musiqi alətləri mağazasının yerləşdiyi binanın 3-cü mərtəbəsində qapısı sol tərəfdən olan mənzildə yaşayır. Mənzilin pəncərələri tündləşdirilmişdir. Nəsibova Rəna adının məxfi saxlanılmasını xahiş edir, ona görə ki, adlarını çəkdiyi şəxslər onun yanında cinayətləri törətdikləri barədə söhbət etmişlər. Onun məlumatının yoxlanılması çox ehtiyatla aparılmalıdır ki, onun şəxsiyyəti təhlillə müəyyən edilməsin. O, şübhələnir ki, çeçenlər onu öldürmək istəyirlər ki, onların törətdikləri cinayətlər barədə məlumat yayılmasın.
Rəna Nsibovadan bu məlumatı aldıqdan sonra özümdə qeydiyyatlar aparmışam va bu haqda prokurorluğun rəhbərliyinə məlumat vermişəm. Rəhbərliyin tapşırığına əsasən mənimlə baş prokurorun birinci müavini cənab Ramiz Rzayev, Milli Təhlükəsizlik Nazirinin müavini cənab Tofiq Babayevin yanında olmuşuq və bu məlumatlar tədbir görülməsi üçün ona verilmişdir. Bundan sonra MTN-in idarə rəisi Eldar Əzizov və onun tabeçiliyində işləyən Araz Piriyevlə bu məlumat ətrafında daimi əlaqədə olmuşam və müxtəlif işlər görmüşük.
Nəsibova Rənanın təhlükəsizliyini təmin etməyi təbii ki, MTN əməkdaşları öz üzərlərinə götürmüşlər. Bundan sonra, məndə olan məlumata görə Rəna Nəsibova ilə Eldar müəllimin mütəmadi əlaqələri, görüşləri olmuşdur və Eldar müəllim lazım olan məlumatı Rənadan alırdı. Bildiyimə görə onlar Fatmayı qəsəbəsində və şəhərin müxtəlif yerlərində görüşürdülər. Hər bir görüş barədə Eldar müəllim öz rəhbərliyi, yəni Tofiq müəllimə, mən isə öz rəhbərim Ramiz Rzayevvə və cənab Baş Prokurora məruzə edirdim.
Rəna Nəsibovanın verdiyi məlumatla əlaqədar, yəni yəhudi milliyətindən olan şəxsin oğurlanması işi üzrə biz Eldar Əzizovla araşdırmalar aparmışıq və elə nəticəyə gəlmişik ki, keçmiş İnqilab küçəsində yaşayan «Türişbank» idarə heyətinin sədri Zelmanoviç Gennadini oğurlamaq istəyiblər. Həmin şəxs prokurorluğa dəvət olunmuş, onunla mənim və Eldar Əzizov tərəfindən söhbət aparılmış və ona özünü ehtiyatlı aparması xəbərdar edilmişdir. Bu tədbirlərin nəticəsi hər iki rəhbərliyə məruzə edilmişdir.
Eyni zamanda Eldar Əzizov öz tərəfindən də onun qorunmasını təmin etmək üçün tədbirlər görəcəyini vəd etmişdir. Bir müddətdən sonra Eldar Əzizov bildlirmişdir ki, Rəna Nəsibovanın deməsinə görə oğurlanması planlaşdırılan şəxs Zelmanoviç yox, metronun Əzizbəyov stansiyası yaxınlığında gön-dəri məmulatları zavodunu alıb, yenidən qurması ilə məşğul olan, milliyyətcə yəhudi Yura İliyevdir. Bu söhbətlər ətrafında da yenidən təhlükəsizlik tədbirləri görülmüş, həm prokurorluq, həm də MTN-nin rəhbərliyinə məruzə edilmiş və göstəriş verilmişdlir ki, mən, Əzizov Eldarla birlikdə Yura İliyevin iş yerinə gedək və orada onu mümkün planlaşdırılan cinayət hadisəsi barədə xəbərdar edək və o, özünün təhlükəsizliyini təmin etmək üçün tədbirlər görsün.
Rəhbərliyin göstərişindən sonra mən Eldar Əzizovla həmin İliyevlə görüşə getdik və fabrikin tikilən binasının 2-ci mərtəbəsində Yura ilə görüşdük. Həmin vaxt orada onun digər yaxın adamları da var idi. Biz onlara özümüzü təqdim etdik və səhv etmirəmsə Yuranı kənara çəkib onunla Eldarla mən təkbətək söhbət etdik və ona xəbərdarlıq edildi ki, ehtiyatlı olsun, İnqilab küçəsinə evinə gedərkən həmişə ehtiyatlı və ətrafında adamlar olsün, ailə üzvlərinin də həmin qaydada təhlükəsizliyini təmin etsin. Bu görüşün də nəticəsi barədə mən öz rəhbərliyimə, bildiyimə görə Eldar Əzizov isə öz rəhbərliyinə məruzə etmişdir. Eyni zamanda Prokurorluğun rəhbərliynin tapşırığına əsasən, mən və baş prokurorun birinci müavini cənab Rzayev 2 həftədən bir, 10-15 gündən bir MTN-də və yaxud Baş prokurorluqda bu məsələ ilə bağlı görüşlər və söhbətlər keçirmişik, Rəna Nəsibovanın göstərdiyi Abdulvahabov qardaşlarının və Hacı Məmmədovun ifşa olunması və onlar tərəfindən planlaşdırılan və ya törədilmiş cinayət işlərinin aşkara çıxarılması müəyyən edilsin. Bildyimə görə, Abdulvahabovlar və Hacı Məmmədovun yaşadıqları mənzillər müəyyən edilmiş, MTN əməkdaşları tərəfindən müxtəlif əməliyyat tədbirləri həyata keçirilmişdir. Hesab edirəm ki, MTN əməkdaşları tərəfindən keçirilmiş bütün əməliyyat tədbirləri məxfi saxlanılan əməliyyat-axtarış işlərində öz əksini tapmışdır. Ona görə də yaxşı olardı ki, istintaqçılar həmin əməliyyat-axtarış işi ilə yaxından tanış olsunlar.
Bildiyimə görə Hacı Məmmədovun Keşlə qəsəbəsində evinin olması da əməliyyat yolu ilə müəyyən edilmişdi. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, Rövşən Əliyevin qətli ilə bağlı istintaq işi üzrə müəyyən edilmişdir ki, qətldən 2 gün əvvəl Rövşən Əliyev yaxın əlaqədə olduğu Lyudmila adlı qadınla Qusar rayonun «Qarabulaq» istirahət mərkəzində dostu Məmmədovun qonağı olmuşlar. İş materiallarından görünür ki, Rövşən Əliyev orada Lyudmila ilə mübahisə etmiş və hansısa bir şəxsi görərkən gizlənmiş və onun Rövşəni görməsini istəməmişdir. Təbii ki, bu məlumatla əlaqədar Məmmədov da istintaqın maraq dairəsinə düşmüş və onun ətrafında istintaq tədbirləri keçirilmişdir. Lakin, təəssüflər olsun ki, həmin işin istintaqı zamanı Hacı Məmmədovun törətmiş olduğu cinayətlər aşkara çıxarılmamışdı.
Hacı Məmmədov ifadələrində özünü Rövşən Əliyevin yaxın ailəvi dostu kimi qələmə vermişdir və hələ Rövşən Əliyevi tərəfimdən uzun müddət tanıdığım üçün o, mənimlə söhbətlər zamanı Hacı Məmmədovu həmişə yaxın dostu kimi qeyd edirdi. İfadəsində Hacı Məmmədov da Rövşən Əliyevlə yaxın ailəvi dost olduğunu, onun hüzüründə yaxından iştirak etdiyini və ailənin yaxını kimi Rövşənin övladlarına daimi qayğıkeşlik göstərəcəyini vəd edirdi. Həmin işin istintaqı zamanı da əməliyyat tədbirləri keçirilmiş, lakin həmin cinayətlərin törədilməsində Hacı Məmmədovun iştirakı barədə başqa məlumatlar əldə edilməmişdir.
Hesab edirəm ki, hazırkı iş üzrə Rövşən Əliyevin qətlə yetirilməsi üzrə başlanmış 80047 saylı cinayət işi üzrə DİN-dəki əməliyyat işinə də baxış keçirilməsi zəruridir. Dəqiq tarix yadımda deyil, təxminən 2004-cü ilin iyun ayında mənə məlumat daxil olmuşdur ki, Yasamal rayonunda «Knauf» firmasının ofisində Nəsibova Rəna adlı şəxsin meyidi tapılmışdır. Təbii ki, mən bu məlumatdan çox sarsıntı keçirdim və dərhal bu məlumat barədə Respublika Baş Prokurorluğunun rəhbərliyinə məlumat verdim. Rəhbərlik tərəfindən həmin hadisənin çox ciddi araşdırılması tapşırıldı.
Eyni zamanda, rəhbərliyin bu tapşırığını mən Yasamal rayon prokuroru cənab Şirxan Adıgözəlova şəxsən özüm çatdırmışdım. Eyni zamanda, bu məslə ilə əlaqədar Bakı şəhər prokurorlgunun istintaqla bağlı rəhbərliyinə də prokurorluğun rəhbərliyiyinin tapşırığını çatdırmışdım. Yoxlamanın gedişatı tərəfimizdən ciddi nəzarətə götürülmüşdü. Tərəfimdən Respublika Məhkəmə-Tibb ekspertizasının rəhbəri Şakir müəllimə də bu hadisə ilə bağlı narahatçılığımı bildirmişdim və tapşırmışdım ki, araşdırma ekspertlər tərəfindən çox ciddi və dəqiq aparılmalıdır. Bildiyimə görə hadisə yerinə rayon prokurorluğunun əməkdaşları, ekspertlər və DİN əməkdaşları getmişəlr.
Gündəlik tərəfimdən rayon prokuroru ilə əlaqə saxlanılmış və yoxlamanın gedişatı barədə mənə məlumat verilmişdir. Təbii ki, bu məlumatla əlaqədar MTN-dən Eldar Əzizovun və Tofiq Babayevin də məlumatı vardı. Hadisə yerində peşəkar məhkəmə tibbi ekspertləri olmuş və bir müddətdən sonra mənə məruzə edilmişdi ki, material üzrə ekspertlərin rəyi daxil olmuşdur və Nəsibova Rənanın ölümünə səbəb narkotik maddələrin artıq miqdarda qəbulu ilə bağlı olmuşdur. Bundan sonra mən dəfələrlə rayon prokurorluğuna və şəhər prokurorluğuna, habelə məhkəmə tibb ekspertələrinə şifahi göstərişlər vermişəm ki, bu materialın və ekspertizanın araşdırılması çox dəqiq aparılmalıdır.
Məhkəmə tibbi ekspertizasının rəyini mən rəhbərliyə məruzə elmişəm və hər dəfə Respublika Prokurorluğunun rəhbərliyi bu hadisə ilə bağlı öz narahatçılığını bildirmiş və yoxlamanın obyektiv aparılmasını mənə tapşırmışdır. Təbii ki, mənim də tərəfimdən şəhər və rayon prokurorluqlarına, şifahi göstərişlər verilmişdir. Məhkəmə tibb ekspertizasının rəyi müstəntiq tərəfindən əsas götürülərək material üzrə cinayət işinin başlanılması rədd edilmişdir və bu rəy mövcud olduğu üçün digər qərar qəbul etmək qeyri mümkün idi.
Sual: Siz Rəna Nəsibovanın meyidinin aşkar edilməsi barədə məlumat aldıqdan sonra onun Hacı Məmmədov və milliyyətcə çeçen olan Abdulvalıabov qardaşlarının cinayətkar fəaliyyətləri haqqında hüquq-mühafizə orqanlarına məlumat verməsi və bu səbəbdən qətlə yetirilə bilməsi haqqında Yasamal rayon prokurorluğunun əməkdaşlarından hər hansı birinə məlumat vermisinizmi, müsbət halda bu haqda kimə, nə vaxt və hansı məlumatı vermisiniz?
Cavab: Yuxanda qeyd etdiyim kimi, Rəna Nəsibovanın meyidi aşkar edildikdən sonra həm Respublika Prokurorluğunun rəhbərliyinə, MTN əməkdaşları Eldar Əzizova və nazir müavini Tofiq Babayevə məlumat verilmişdi, təbii ki, MTN yuxanda göstərilən əməliyyat tədbirlərinin davamı kimi Rəna Nəsibovamn ölümü ilə əlaqədər çeçen milliyyətindən olan şəxslərin da onun ölümünə aidiyyətinin olub-olmamasını araşdırmalıydılar. Çeçenlərlə bağlı tədbirlər məxfi aparıldığı üçün təbii ki, o məlumat rayon prokurorlğuna verilə bilməzdi. Lakin, peşəkar ekspertələrin vermiş olduğu rəydə birmənalı göstərilmişdi ki, Rəna Nəsibovamn ölümü artıq dərəcədə nurkotik vasitə qəbulundan tənəffüs yollarının iflici nəticəsində tənəffüs çatışmazlığı olmuşdur. Ona görə də, müstəntiq tərəfindən başqa versiyalar araşdırılmamışdı və araşdırıla bilməzdi.
Sual: Siz Rəna Nəsibovamn işlədiyi firmanın ofisində meyidinin aşkar edilməsi ilə əlaqədar Yasamal rayon prokurorluğunun müstəntiqi tərəfindən aparılan yoxlama materiallarını şəxsən oxumusunuzmu?
Cavab: Həmin materialları şəxsən özüm oxumamışam, lakin həmin materiallar üzrə görülmüş tədbirlər haqqında mənə rayon prokuroru, şəhər prokurorlğunun müvafiq idarəsinin prokuroru və Baş Prokurorlğun idarə prokuroru məruzə edib və ölümün səbəbini yuxarıdakı ekspert rəyində olan nəticəni göstərib.
Sual: Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi kimi sizin prokurorluq orqanları müstəntiqlərinin qərarlarını ləğv etmək səlahiyyətiniz varmı?
Cavab: Qeyd edim ki, şəhər rayonlarının prokurorluqlarının müstəntiqləri tərəfindən qəbul edilmiş hər hansı bir qərarın əsaslılığını və qanuna uyğun olması ilk növbədə Bakı şəhər Prokurorlğunda müvafiq idarələr tərəfindən yoxlanılır. Əgər həmin qərarlar onlar tərəfindən əsaslı və yaxud əsassız hesab edilərsə qərarlar ləğv edilir və yaxud rəy yazılır. Yalnız bundan sonra Respublika Baş Prokurorlğunun rəhbərlik etdiyim idarəsi həmin qərarların əsaslılığı barədə fikir irəli sürə bilər. Həmin material üzrə təbii ki, respublika prokurorluğu qərar qəbul etməmişdir. Ona görə ki, əgər burada bir qanunsuzluq aşkar olunsaydı Bakı şəhər Prokurorlğunun nəzarətedici idarəsi və rəhbərliyi tərəfindən hansısa bir qərar qəbul edilərdi.
Sual: İstintaq materiallarından görünür ki, Rəna Nəsibovanın meyitinin işlədiyi firmanın ofisində aşkar edilməsi barədə yoxlama apanlarkən Yasmal rayon prokuroru cənab Şirxan Adıgözəlovun imzası ilə 6 iyul 2004-cü il tarixdə sizin ünvanınıza arayış göndərilmişdir. Həmin arayışdan görünür ki, Rəna Nəsibova ölməzdən əvvəl onun yanında Nuriyev Novruz Cavad oğlu adında şəxs olmuş, həmin şəxs ofisin qapısını içəridən bağlayaraq ofisin qapısını açmamış, sonradan isə ofisdən çıxaraq qaçmışdır. İfadənizdən də görünür ki, Rəna Nəsibova hələ 2003-cü il də cinayətkar dəstənin üzvləri tərəfindən öldürülə biləcəyindən ehtiyat edirmiş. Belə olan halda siz Rəna Nəsibovanın öldürülə biləcəyi ehtimalının araşdırılması üçün rayon prokurorluğuna tövsiyələrinizi verməməyinizin səbəbini necə izah edə bilərsiniz?
Cavab: Yenə də bildirirəm ki, mənə rayon prokuroru və şəhər prokurorluğuğu tərəfindən məruzə edilmişdi ki, Rəna Nəsibovu uzun illərdir ki, narkotik maddələr qəbul edib, onun narkotik maddəni qəbul etməsini hətta qardaşı da təsdiq etmişdir. Eyni zamanda da ekspertizanın rəyindən bilavasitə görünür ki, Rəna Nəsibovunın ölümünə səbəb narkotik maddənin artıq qəbul edilməsidir. Bu xüsusatı MTN əməkdaşları da bilirdilər, mən hesab edirəm ki, təbii ki, onlar da Rəna Nəsibovanın ölümünü səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparırdılar.
Sual: Siz Rəna Nəsibovanın meyitinin iş yerində aşkar edilməsi faktı üzrə Yasmal rayon prokurorlğunun müstəntiqin ekspert rəyinə əsaslanaraq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar çıxardığını göstərirsiniz. AR CPM-nin 127.3-cü maddəsinə müvafiq olaraq ekspertin rəyi müstəntiq və prokuror üçün əsas ola bilməz və digər sübutlarla yanaşı obyektiv və hərtərəfli araşdırılmalıdır. Bu barədə nə göstərə bilərsiniz?
Cavab: Rəna Nəsibovanın meyitinin aşkar edilməsi faktı üzrə məhkəmə tibbi ekspertləri tərəfindən verilmiş rəydə birmənalı olaraq onun ölümünə səbəb olmuş xəsarətlər olması haqqında müddəa olmadığından, onun ölümünə səbəb ancaq artıq dozada narkotik vasitə qəbul etməsi olduğu göstərildiyindən müstəntiq həmin rəyi əsas götürüb. Ona görə də Bakı şəhər prokurorluğunun müvafiq qurumlan da müstəntiqin həmin qərarını əsaslı hesab eləyib və ləğv etməyiblər.
Bundan başqa, göstərmək istəyirəm ki, bildiyimə görə 2004-cü ildə hətta Respublika prokurorlğunun yoxlama qrupu Şirxan Adıgözəlovun Yasamal rayon prokuroru vəzifəsində olmasının konstitusion müddətinin başa çatması ilə əlaqədar həmin prokurorluqda yoxlama aparıb, həmin yoxlama qrupu da müstəntiq tərəfindən Rəna Nəsibovunın meyitinin aşkar edilməsi faktı üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla yəqin ki, tanış olub və onun ləğv edilməsinə əsas tapmayıb.
Sual: Hacı Məmmədov və Abdulvahabov qardaşlarının iş adamı Yuri İliyevi oğurlamağı planlaşdırması haqqında məlumatın prokurorluğa hansı mənbədən daxil olması, bu mənbənin nə dərəcədə etibarlı olması haqqında sizdən DİN-nin rəhbər işçilərindən hər hansı biri məlumat olubmı, müsbət halda belə məlumatı nə vaxt və kimlərə vermisiniz?
Cavab: Bu haqda DİN əməkdaşlarından heç kimə məlumat verməmişəm və belə bir hal yadıma gəlmir.
Qeyd: Dindirmə zamanı şahid R.Usubov 28.02.2005-ci il tarixdə tərəfindən tərtib edilmiş və Respublika Baş Prokurorluğunun rəhbərliyi tərəfindən MTN-nin rəhbərliyinə göndərilmiş 28.02.2005-ci il tarixli, Rəna Nəsibovanın Hacı Məmmədov, Abdulvahabov qardaşlarının cinayətkar fəaliyyəti barədə verdiyi məlumat haqqında 3 vərəqdən ibarət arayışın ksero surətini təqdim edib və bu arayış ondan qəbul edilərək hazırki protokola əlavə edilib. Vəkil Adil İsmayılov R.Usubovun həmin arayışını da yayıb. Criminal.az həmin arayışı da oxuculara təqdim edəcək.
• Eldar Mahmudovun ABŞ səfirinə dedikləri: "Elmar Hüseynov həmin nazirdən 2 milyon dollar tələb edib və elə buna görə öldürülüb”
• Elmar Hüseynovu MTN-in gözü qarşısında güllələyiblər? - HACI MƏMMƏDOVLA FƏRHAD ƏLİYEVİN ÜZLƏŞMƏSİ
• General Nəsirovdan MTN-də Ramil Usubova qarşı ifadə almaq istəyiblər: "Ya ifadə ver canını qurtar, ya da..."







Загрузка...
Загрузка...

Xəbər lenti