"Usubov dedi ki, həmin qətllə bağlı bəzi şübhələri var. Görüşümüzdən iki gün sonra..."

Загрузка...
"2002-ci ilin mart ayının 13-də Röşən Əliyev Respublika prokurorluğundan təxminən 150-200 metr məsafədə, Nizami küşəsi 12-də yerləşən binanın qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirildi. Biz Rövşənlə eyni dövrdə Universitetdə oxumuşduq, hər ikimiz təyinatla prokurorluğa gəlmişdik və yaxın dost idik. Mən onu prokurorluğun tarixində ən bacarıqlı prokuror-kriminalist kimi tanımışam". Criminal.az xəbər verir ki, bu barədə tanınmış vəkil Adil İsmayılov "facebook"da növbəti postunda yazıb.

RÖVŞƏN ƏLİYEVİN QƏTLİ HACI MƏMMƏDOVLA İKİNCİ GÖRÜŞÜM 
Vəkil yazır ki, Rövşən Əliyev Azərbaycanın ilk hərbi prokuroru kimi də tarixə düşüb: "Hadisə barədə xəbər tutan kimi onun həyat yoldaşı İradə xanım mənə zəng etdi və dedi ki, Rövşəni öldürüblər və meyidini morqa aparıblar. Mən dərhal morqa getdim. Orda məhkəmə-tibb eksperti ilə görüşdüm və bəzi məlumatlar öyrəndim. Bir, ya iki gün sonra İradə xanımla zəngləşib evlərinə getdim Onunla bir xeyli söhbət etdik, şübhələndiyi birinin olub-olmadığını xəbər aldım, o konkret bir şey deyə bilmədi. Soruşdum ki, Rövşənin ölümündə Hacı Məmmədovdan şübhələnirmi, buna da mənfi cavab verdi. Məndə bu şübhənin haradan yaranması barədə ona izah etdim. Bilirdim ki, son zamanlar Rövşən adam oğurluqları ilə bağlı cinayət işlərini araşdırmaqla məşğuldur. Hətta Rövşənin xahişi ilə onu bu işlərdə zərərçəkmiş şəxslərdən biri Ulvan Bağırovla da görüşdürmüşdüm, mənim yanımda onunla söhbət etdilər. Bu işlərin arasında polis podpolkovniki Azər İsmayılovun 2000-ci ildə xəbərsiz itgin düşməsi işi də var idi. Mənimlə söhbətində Rövşən Azər İsmayılovun namus məsələsinə görə Hacı Məmmədov tərəfindən öldürülməsindən şübhələndiyini demişdi".

A.İsmayılov daha sonra yazır: "Rövşənin ölümü barədə ilkin öyrəndiyim məlumatlardan biri də o idi ki, ölümündən bir gün əvvəl Hacı Məmmədovun sahibi olduğu Qarabulaq istirahət mərkəzində olub, ekspertin deməsinə görə, Rövşənin bədənində odlu silahla yetirilmiş xəsarətlərdən başqa, sıyrıqlar da aşkar edilmişdi və bunların hadisədən əvvəlki günə aid olması fərz edilirdi. Məhz bunlara görə, məndə Hacının Rövşənin ölümündə iştirak edə biləcəyi şübhəsi yaranmıışdı. Mən İradə xanımdan Rövşənin Hacı Məmmədovla birgə şəkillərinin olub-olmadığını soruşdum, o, mənə Rövşənin iki şəklini və bloknotunu verdi, həmin şəkillər indi də məndədir. Bu görüşdən sonra mən Respublika Prokurorluğuna getdim və Rövşən Əliyevin qətlə yetirilməsi ilə əlaqədar yaradılmış əməliyyat-istintaq qrupunun rəhbəri Rüstəm Usubovla görüşdüm. O vaxt Usubov idarə rəisi idi, hazırda Baş prokurorun birinci müavinidir. Mən Usubova Rövşən Əliyevin ölümündə Hacı Məmmədovun iştirak etməsi versiyasının olub-olmadığını soruşdum. Usubov dedi ki, onların da bəzi şübhələri var və bunu yoxlayacaqlar. Usubovla görüşümüzdən iki gün sonra mənim iş yerimə bir vəkil gəldi, o indi də kollegiyanın, həm də intizam komissiyasının üzvüdür. Vəkil mənə dedi ki, onu məndən incidiyi üçün Hacı göndərib, çünki mən prokurorluğa Rövşəni Hacının öldürməsini demişəm. Doğrusu, o vaxt mən buna xüsusi əhəmiyyət vermədim və prokurorluğa Hacının Rövşəni öldürməsini yox, bu işdə şübhəli ola biləcəyini dediyimi təsdiq etməklə kifayətləndim".

"Bir neşə gün sonra həkim dostumla Rövşənin cümə axşamı mərasiminə getdik, dostum Rövşəni mənə görə tanımışdı və hüzürə onu da aparmağımı xahiş etmişdi. Məclisdə Hacı Məmmədov gəlib stolda bizimlə üzbəüz oturdu, ordan burdan söz salıb, sonda dedi ki, Adil İsmayılov pivzavodun direktorunun ölüm işindən aldığı pulları ömrünün axırına kimi xərcləsə qurtarmaz. Onun danışığı dostuma xoş gəlmədi, çıxanda soruşdu ki, bu adam niyə belə danışır. Mən ona Hacı barədə prokurorluğa dediklərimi söylədim.
2005-ci ildə Hacı həbs edildikdən sonra onu televiziyada görən dostum, çox həyacanlanmış vəziyyətdə mənim yanıma gəlib soruşdu ki, bu Rövşənin yas məclisində bizim qabağımızda oturan Hacıdır, nə yaxşı səni qətlə yetirməyib. Hacı Məmmədovla üçüncü görüşüm MTN-in istintaq idarəsində oldu..." - A.İsmayılov qeyd edib.
davamı olacaq
Загрузка...
Загрузка...

Xəbər lenti