Urmiyədə jurnalist həbs edilib

Urmiyədə jurnalist həbs edilib
Загрузка...
Yurd səsi xəbər saytının rəhbəri və jurnalist Məlihə Bərqi Sədəqiyani Qərbi Azərbaycan vilayətinin Urmiyə şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Amerikan Səsinin Urmiyə şəhərindən əldə etdiyi məlumata əsasən, jurnalist martın 1-də İnqilab Qvardiyasının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Jurnalistin yaxınlarının verdiyi məlumata görə, İnqilab Qvardiyasının təhlükəsizlik qurumu Bərqini ictimai asayişi pozmaqda ittiham edib. Urmiyə şəhərində "Urmu Yazarlar Birliyi” adlı mədəniyyət qurumunun üzvü olan Məlihə Bərqi təxminən bir ay öncə İnstagram hesabında Yurdsəs xəbər qrupunun lisenziyasını ölkənin İrşad İdarəsindən aldığını və artıq bu qrupun qanuni şəkildə fəaliyyət göstərəcəyini bildirmişdi.
O, bu lisenziyanın alınmasının bir il sürdüyünü qeyd etmişdi. İnsan haqları fəalları son zamanlarda təhlükəsizlik qüvvələri tərəfindən milli fəallar üzərində təzyıqlərin artdiğını bildirir.

Xəbər lenti