Universitetin şöbə müdiri təhsil haqların yeyintisində ittiham olunur Universitetin şöbə müdiri təhsil haqların yeyintisində ittiham olunur

Universitetin şöbə müdiri təhsil haqların yeyintisində ittiham olunur
BSU tələbələri bu ilin yanvarında Baş Prokurorluğun "Qaynar Xətt”inə təhsil haqqlarının mənimsəməsi barədə şikayət ediblər
Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyeva təhsil haqqı kimi ödənilən vəsaitləri mənimsəməkdə ittiham olunur. Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, tələbələr bununla əlaqədar prokurorluğa şikayət edib. Nəticədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
"Hazırda intensiv istintaq tədbirləri aparılır. Toplanmış sübutlara hüquqi qiymət veriləcək. Bu barədə ictimaiyyət yaxın zamanda ətraflı məlumatlandırılacaq”, - prokurorluqdan bildirilib. 

Bakı Slavyan Universiteti
BSU tələbələri bu ilin yanvarında Baş Prokurorluğun "Qaynar Xətt”inə təhsil haqqlarının mənimsəməsi barədə şikayət ediblər. Yanvarın 25-də cinayət işi başlanıb. Fevralın 4-də universitetin rektorunun müraciəti Təhsil Nazirliyi vasitəsilə prokurorluğa göndərilib. Meydan TV-nin əldə etdiyi məlumata görə, şöbə müdiri 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi məbləğləri mənimsəməkdə ittiham olunur. Dürdanə Əliyeva onun ünvanına səslənən ittihamlara cavab verməyib.

Xəbər lenti