Universitetin "Palma" kafesi açıldı - Rektora məxsus olduğu deyilir

Universitetin
Загрузка...
Mingəçevir Dövlət Universiteti rəhbərliyinin təhsil ocağının adı altında kafe açdığı bildirilir. Tələbələrin Criminal.az saytına verdiyi məlumata görə, rektor Akif Hacıyev tərəfindən açılmış "Palma" kafesi başqa bir binada fəaliyyət göstərir. Lakin həmin kafenin reklam lövhəsinə Mingəçevir Dövlət Universitetinin adı yazılıb.
Tələbələr iddia edir ki, həmin kafe rektorun biznes maraqlarına xidmət edir.
Universitetin mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyev Criminal.az saytına açıqlamasında bildirdi ki, "Palma" kafesi universitetə məxsusdur. Onun sözlərinə görə, kafenin yerləşdiyi bina da universitetindir. Sadəcə yeməkxana tədris binasından kənara çıxarılıb, 
Universitet rəsmisi kafenin rektora məxsus olmasını təkzib etdi. 
Загрузка...
Загрузка...

Xəbər lenti