Universitetdə dərs demiş müəllim özünü yandırıb

Universitetdə dərs demiş müəllim özünü yandırıb
Загрузка...
Hələlik, onun özünü yandırma səbəbi məlum deyil
Samux rayonunun Qovlarsarı kənd sakini, 1941-ci il doğumlu Həsən Yusifov özünü yandırıb. Məlumatı "Report” yayıb. Bildirilir ki, keçmiş universitet müəllimi olan Həsən Yusifov həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb. Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi də deyilir. Hələlik, onun özünü nədən yandırması bəlli deyil. Faktla bağlı araşdırma aparılır.
Bu, son bir neçə ildə özünü yandırmaqla edilən ilk intihar hadisəsi deyil. Daha öncə də Azərbaycanın bəzi bölgələrində belə hallar yaşanıb. 2016-cı ildə Abşeron rayonun Güzdək kənd sakini, 1959-cu il təvəllüdlü Ələkbər Həsənağa oğlu Əliyev özünü yandıraraq öldürüb.
O, əvvəllər 4 dəfə həbs həyatı yaşayıb. Ötən il də iki nəfər özünü yandıraraq intihar edib. Onlar Hacıqabulda yaşayan 25 yaşlı Ayşən Mehdiyeva və 64 yaşlı Ramiz Manafov olub. Hər ikisinin həyatını xilas etmək mümkün olmayıb. Ramiz Manafov özünü "Bank Respublika”nın qarşısında yandırmışdı. Səbəb kimi bu banka olan borcu göstərilirdi.
Загрузка...
Загрузка...

Xəbər lenti