UEFA-nın keçmiş prezidenti Mişel Platini həbs edildi

UEFA-nın keçmiş prezidenti Mişel Platini həbs edildi
Загрузка...
 UEFA-nın keçmiş prezidenti Mişel Platini 2022-ci ilin futbol üzrə dünya çempionatının keçiriləcəyi ölkənin seçkilərində yol verilmiş qanunsuzluqlara görə həbs edilib. Bbu məlumatı "The Independent” nəşri yayıb.
Xatırladaq ki, 2022-ci ildə futbol üzrə dünya çempionatı Qətərdə keçirilməlidir. Bu, tarix boyunca qış fəslində keçiriləcək ilk Mundial olmalıdır. Bundan əvvəl də Qətərin seçilməsində korrupsiyanın heç də son rol oynamadığı ilə bağlı iddialar səslənirdi.
Qeyd olunur ki, fransalı funksioner Parisdə saxlanılıb. O, hazırda Nanterra polis şöbəsində göz altındadır. Platini 2010-cu ildə keçirilmiş səsvermənin nəticələrinin mümkün saxtalaşdırılması prosesində iştirakda şübhəli bilinir. Mişel Platini 2007 - 2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib.
Загрузка...
Загрузка...

Xəbər lenti