O əsgi parçasının dalğalandığı nə qədər dam var Qarabağda...

O əsgi parçasının dalğalandığı nə qədər dam var Qarabağda...
Загрузка...
Lüksemburqda ermənilər avropalı nənələrinin tuman əsgisini nümayiş etdirdilər, özü də harda? – "Düdelanj” – "Qarabağ” oyununda…
Oyun zamanı drona bərkidilmiş əsgi parçası oyunçularımızın başı üstündən uçuruldu. Oyun dayandı, oyunçularımız əllərindəki yeganə topu uçurdular o əsgi parçasını havada saxlayan drona tərəf. Tribuna titrədi. Nəfəslər kəsildi.
Həmin o əsgi parçasının bu meydanlarda olmaması üçün can qoyanlar Bakıda gözdən salınmağa çalışılanda Avropada səmaya qoxusu yayıldı erməni əsgisinin.
UEFA da getdi, ATƏT –in, BMT-nin dalınca… Suçladıq… günahkar axtardıq… Amma, özümüzdə nəsə görmək ağlımıza gəlmədi.
O əsgi parçasının ümumiyyətlə niyə var olması barədə sual vermədik özümüzə. Axı, meydanda əlində olan yeganə topu hirslə onun üstünə atan oyunçuda olan qeyrət generallarımızda olsaydı, o əsgi yox idi indi.
O əsgini orda uçurtmağa özündə cürət tapanlar da yox idi. Bütün günahlar bizdədir, bütün günahlar erməniyə bu qədər şans verən bizlərdədir. Baş qaldıran kimi başların əzmədik, başımıza çıxdılar. O vaxt bu vaxt addımbaşı başımıza qapaz salmaqlarına rəğmən nazlarını çəkirik. Yetməzmi?!
O əsgi parçasının dalğalandığı nə qədər dam var Qarabağda, o damlar ermənilərin başına uçmadıqca belə sürprizlərlə qarşılaşacağıq.
Vasif Qurbanzadə
Загрузка...
Загрузка...

Xəbər lenti