Tütün şişirdilmiş qiymətlərdə idxal olunur

Tütün şişirdilmiş qiymətlərdə idxal olunur
Загрузка...
Azərbaycanın siqaret istehsalçıları emal olunmuş tütünü (240319 mal nomenklaturası) şişirdilmiş qiymətlərlə idxal edirlər. Bu iddianı irəli sürməyə idxal qiymətlərinin müqayisəli təhlili əsas verir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin birinci rübündə emal olunmuş 1 ton tütünün Azərbaycana orta idxac qiyməti 4527 dollar, oktyabr ayında isə 15 575 dollar olub. Azərbaycan bu nomenklatura üzrə tütünü Ukrayna və İordaniyadan alır.
Diqqət çəkən məqam bundan ibarətdir ki, bu dövrdə eyni malın İordaniyadan orta (4147-4327$/ton)alış qiyməti demək olar ki dəyişməyib. Lakin Ukranyadan gələn malın orta gömrük rəsmiləşdirmə qiyməti Azərbaycanda 2019-cu ilin I rübündə - 6677,68$/t, II rübündə - 10065,44$/t, III rübündə - 14397,46$/t, sentyabrda - 15575,66$/t, oktyabrda isə 15160,78$/t-a qalxıb. 

Ukraynanın BMT-nin Beynəlxalq Ticarət Statistikası məlumat bazası vasitəsilə açıqladığı məlumatlarda ötən ilin birinci rübündə bu ölkənin (Azərbaycan da daxil olmaqla) ixrac etdiyi emal olunmuş tütünün orta qiyməti təxminən bir-birinə yaxın olsa da (5600-7400$/t) və digər ölkələrə ixrac qiyməti demək olar ki dəyişmədiyi halda, avqustdan başlayaraq Azərbaycana ixrac qiymətləri kəskin şəkildə qalxıb.
Ukraynanın emal edilmiş tütünün ixracat qiymətləri: (Mənbə: UN Comtrade) AR DGK-nın məlumatına görə, 2019-cu ilin 11 ayında Ukrayna və İordaniyadan 2636 ton emal olunmuş tütün gətirilib. Bunun 1917,8 tonu Ukraynadan ($26 mln. 285 min), 718,7 tonu İordaniyadan ($3 mln. 110 min) alınıb. Azərbaycanda siqaret istehsalı ilə iki şirkət – "European Tobacco-Baku” ASC və "Tabaterra” QSC məşğul olur. Ehtimal etmək olar ki, istehsalçılar süni şəkildə xammalın qiymətini qaldırmaqla, yekun məhsulun maya dəyərini şişirtməyə və vergilərdən yayınmağa çalışırlar.
Mənbə: TURAN Informasiya Agentliyi

Xəbər lenti