Türkmənistanda 40 yaşdan yuxarı məmurlardan ağsaçlı olmaq tələb edilir

Türkmənistanda 40 yaşdan yuxarı məmurlardan ağsaçlı olmaq tələb edilir
Загрузка...
Şifahi qoyulmuş qadağa məktəb və səhiyyə müəssisələrində işləyənlərə də şamil edilir
Türkmənistan hökuməti Lebap bölgəsinin dövlət və büdcə qurumlarında 40-dan çox yaşı olan dövlət işçilərinə ağarmış saçlarını qara rəngə boyamağı qadağan edib. "Azathabar” (Radio Azadlıq) xəbər verir ki, saçları ağarmayanlara isə boz rəng istifadə edərək saçlarını ağartmaq tövsiyə edilib. "Demək olar ki, bütün aidiyyəti qurumlarda, o cümlədən məktəblərdə, səhiyyə müəssisələrində saçlarını boyayan işçilərə təbii saç rənginə qayıtmaq əmr edilib”,- işçilərdən biri bildirib.
Bu qəribə qadağanın səbəbi Prezident Qurbanqulu Berdimuhamedov saçlarıdır. Belə ki, bölgəyə səfər edəcəyi təqdirdə onunla yalnız bəyazlamış saçları olan kəslər ünsiyyətə girməlidir. Büdcə təşkilatlarının işçiləri ilə, həmçinin müəllim və tibb işçiləri ilə söhbət edən müxbirin sözlərinə görə, bu qadağa şifahi formada bildirilib. Radio Lebap bölgəsindən bu qadağa ilə bağlı mövqe ala bilməyib.
Dövlət mediası isə bu barədə məlumat verməyib. 2018-ci ilin iyul ayından əvvəl Prezident saçlarını qara rəngə boyamışdı və o zaman məmurlardan da bu tələb edilmişdi. Keçən ilin yanvar ayında ölkənin təhsil müəssisələrində Prezidentin qara saçlı portretləri dəyişdirilmiş və yeni ağsaçlı fotoşəkillərlə əvəz edilmişdi.

Xəbər lenti