Türkiyənin Müdafiə Nazirliyi: “Ermənistan insanlıq cinayəti törədir”

Türkiyənin Müdafiə Nazirliyi: “Ermənistan insanlıq cinayəti törədir”
Türkiyənin Müdafiə Nazirliyi özünün Twitter-hesabında Ermənistanın ötən gecə, humanitar xarakterli atəşkəs razılaşmasını pozaraq Azərbaycanın dinc yaşayış məntəqələrini, o cümlədən Gəncə şəhərində yaşayış binasını raket atəşinə tutmasına dair bəyanatla çıxış edib. 

Bəyanatda Gəncəyə düşən düşmən raketinin törətdiyi dağıntıların fotolarına yer verilir və bildirilir:
"Müharibə cinayətləri və insanlıq cinayətləri törədən Ermənistan indi də atəşkəsi pozur. Ermənistan atəşkəs müddətində belə mülki yaşayış məntəqələrini atəşə tutur. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini ucaltmalıdır”.

Xəbər lenti