Türkiyədən təxliyyə olunan tələbələr Bakıdadır Türkiyədən təxliyyə olunan tələbələr Bakıdadır

Türkiyədən təxliyyə olunan tələbələr Bakıdadır
Загрузка...
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyənin zəlzələ baş vermiş Malatya, Elaziğ bölgələrindən 100-ə yaxın azərbaycanlı tələbə təxliyyə olunaraq Naxçıvana çatdırılıblar və yaxın saatlarda onlar xüsusi aviareyslə Bakıya gələcəklər. "Qafqazinfo”nun məlumatına görə, Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov nazirlik rəsmilərinin, psixoloqlar, tələbə-könüllülər, çoxsaylı media nümayəndələrinin Bakıda hava limanında olduğunu bildirib. Təhsil Nazirliyinin ayırdığı avtobuslar tələbələri hava limanından mənzil başına çatdıracaqlar.
***
Zəlzələ bölgəsindən Naxçıvana təxliyyə olunan, oradan isə paytaxta göndərilən tələbələr artıq Bakıdadır. Onları Naxçıvandan gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. 

Xəbər lenti