Türkiyədən 2 səudiyyəlinin həbsi ilə bağlı qərar - Biri vəliəhdin...

Türkiyədən 2 səudiyyəlinin həbsi ilə bağlı qərar - Biri vəliəhdin...
Загрузка...

Türkiyə jurnalist Camal Kaşıkçı cinayəti ilə əlaqədar iki nəfərin tutulmasına dair qərar qəbul edib.

"Qafqazinfo” xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən qəbul edilən qərara görə, vəliəhd şəhzadə Məhəmməd bin Salmanın sözçüsü Suud əl Kahtani və Əhməd Asırinin Kaçıkçı cinayətini planlaşdıran şəxslərdir və dərhal saxlanılmalıdırlar. 

Baş Prokurorluq Asıri və Kahtani haqqında güclü şübhələrin olduğunu ifadə edib. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Kaşıkçının qətli ilə əlaqədar beş yüksək vəzifəlini işdən çıxarmışdı. Onların arasında vəliəhdin sözçüsü Kahtani və Yəməndə husilərə qarşı qanuni hökuməti dəstəkləmək məqsədi ilə qurulan Ərəb Koalisiyasının sözçüsü Asıri də vardı .

Загрузка...
Загрузка...

Xəbər lenti