Türkiyədə sevgilisi azərbaycanlı qadını öldürdü

Türkiyədə sevgilisi azərbaycanlı qadını öldürdü
Загрузка...
Türkiyənin Tekirdağ bölgəsində Azərbaycan əsilli Günay Səfərova sevgilisi Tarık T. tərəfindən 8 yerdən bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğlu və qızı ilə birlikdə yaşayan Günay Səfərova ilə evinə gələn sevgilisi Tarık T. arasında naməlum səbəbdən mübahisə yaşanıb.
Mübahisə zamanı Tarık T. Səfərovanı bədəninin müxtəlif yerlərindən bıçaqla yaralayıb. 8 bıçaq zərbəsi alan qadın hadisə yerindəcə dünyasını dəyişib. Tarık T. polis bölməsinə gedərək təslim olub.
Cinayət zamanı Səfərovanın hər iki uşağının məktəbdə olduğu məlum olub. Saxlanılan Tarık T.-nin dindirilməsi davam edir

Xəbər lenti