Türkiyədə karantin rejimində öldürülən suriyalı gənclə bağlı araşdırma başlanıb

Türkiyədə karantin rejimində öldürülən suriyalı gənclə bağlı araşdırma başlanıb
Загрузка...
Adana valisi bu gün açıqlama verərək 17 yaşlı gəncin qəza ilə öldürüldüyünü deyib
Türkiyədə İnsan Hüquqları Dərnəyinin (İHD) Adana şöbəsi, Müasir Hüquqşünaslar Dərnəyi Adana şöbəsi, Adana Barosu İnsan Hüquqları Komissiyası və Həmkarlar İttifaqları Konfederasiyası 27 apreldə Seyhan rayonunda suriyalı gəncin polis gülləsi ilə öldürülməsi faktını araşdırır, - DW xəbər verir.
Əldə olunan nəticələrdən sonra "DW Türkcə”yə danışan İHD Adana şöbəsinin müdiri, vəkil İlhan Öngör həyatını itirən gəncin ailəsi və şahidləri ilə görüşdüklərini deyib. Öngör araşdırmalar nəticəsində öldürülən Əli əl Hemdan adlı yeniyetmənin 17 yaşında olduğu və polisin küçədə şəxsiyyət vəsiqəsini istəməsindən sonra bir neçə addım ataraq qaçmağa çalışdığı bildirilir.
Vəkil Öngör deyib ki, Əli əl Hemdan adlı gənc 20 yaşdan kiçik gənclərə tətbiq olunan komendant saatı səbəbiylə polisə şəxsiyyətini göstərmədiyi üçün ara küçəyə girib və polis onu təqib edərək, oradakı təhlükəsizlik qüvvələrinə heç bir müqavimət göstərməyən gənci 4-5 metr məsafədən ürəyindən hədəf alıb. Əl Hemdanın ailəsinin ifadələrinə görə öldürülmüş gənc dərzilik edib və koronavirus səbəbiylə bir aya yaxındır ki, işsiz qalıb. Adana valisi bu gün açıqlama verərək 17 yaşlı gəncin qəza ilə öldürüldüyünü deyib. Hadisədən sonra xəstəxanaya aparılan gəncin həyatını xilas etmək mümkün olmayıb. Yeniyetmənin ölümünə səbəb olan polisin nəzarətə alındığı, onun barəsində cinayət və inzibati istintaq başladıldığı bildirilir.
Vəkil Öngör qeyd edib ki, şahidlərlə görüşləri nəticəsində yeniyetmənin qaçdığı barədə heç bir dəlil aşkar edilməyib. Bildirilir ki, bütün amillər bütövlükdə qiymətləndirildikdə, polis ona qarşı heç bir hərəkət olmasa da, qeyr-proporsional güc tətbiq edərəl Əli əl Hemdanı öldürüb. Adana Baş Prokurorluğu hadisəni təsdiqləyərək şübhəli polis məmurunun "qəsdən adam öldürmə” maddəsi ilə Sülh Cəza Hakimliyinə sövq edildiyini deyib.
Şübhəli polis məmuru ifadəsində oruc tutduğundan yorulduğunu, qaçarkən yıxıldığını, əlindəki əlcək səbəbiylə havaya atəş açmaq istəyərkən silahının yalnış istiqamətə atəş etdiyini deyib. Şahidlər isə polisin yerə yıxılmadığını, öldürülən gəncin arxasında qaçdığını, dur deyə bağırdığını, Əl Hemdan durub polisə tərəf dönərkən isə silahla yaxın məsafədən vurulduğunu deyib.

Xəbər lenti