Türkiyədə baş redaktor Suriyayla bağlı xəbərə görə saxlanılıb

Türkiyədə baş redaktor Suriyayla bağlı xəbərə görə saxlanılıb
Загрузка...
Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyaya qarşı başladılan əməliyyatla əlaqədar 78 nəfərə qarşı məhkəmə iddiası qaldırılıb
"Diken” saytının baş redaktoru Fatih Gökhan Diler oktyabrın 10-da iş otağında işləyərkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, - BBC Türkçə xəbər verir. Diler Vətən Prospektindəki İstanbul Təhlükəsizlik Müdirliyinə aparılıb, oradan məhkəməyə göndərilib. Dilerin nəzarətə alınmasına səbəb kimi Suriya Demokratik Güclərinin "Türkiyə vətəndaşları vurur" şərhini xəbər etməsi göstərilir.
Eyni xəbərə görə "BirGün”-ün internet meneceri Hakan Demir də nəzarətə alınıb. Demir qəzetinin "Twitter” hesabında paylaşılan bir xəbərə görə xalqı kin və düşmənliyə təhrikdə günahlandırılır, - T24 xəbər verir. Dünən gecə Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyaya qarşı başladılan əməliyyatla əlaqədar 78 nəfərə qarşı məhkəmə iddiası qaldırılıb.
Təhlükəsizlik Müdirliyinin verdiyi bəyanatda "Barış Pınarı Hərəkatı üzərindən ölkəmiz əleyhinə qara təbliğat edərək xalqı kin və nifrətə təhrik edən, güvənlik güclərimizin etibarını zədələmək məqsədilə qaynaqsız və yalan paylaşım edən 78 nəfər haqqında lazımlı xəbərdarlıq edilərək hüquqi tədbirlər görülüb", ifadələri yer alır. Artıq ikinci gündür ki, türk qüvvələri Suriyanın şimalında kürdlərin əlində olan bölgələrə girməyə çalışır və bunun üçün havadan və qurudan hücum edir. Türkiyə ordusu təyin olunmuş hədəfləri ələ keçirdiyini söyləyib.
Mərkəz sərhəd bölgəsində ağır döyüşlərin getdiyini və 7 mülki şəxsin öldüyünü bildirir. On minlərlə insanın evlərini tərk etdiyi deyilir. Ankaranın bu addımı Donald Trampın ABŞ qoşunlarını kürdlərin çoxluq təşkil etdiyi Suriyanın şimalından çıxarmaq qərarından sonraya təsadüf edir. Türkiyə öz ərazisindəki bir çox suriyalı qaçqın üçün sərhəddə "təhlükəsiz bölgə" yaratmaq istədiyini qeyd edib. Cümə axşamı günü Prezident Rəcəb Tayyib Ərdoğan Avropanı Türkiyənin Suriyaya doğru hərəkətini hücum adlandırarsa, suriyalı qaçqınları bu əraziyə köçürüləcəyi ilə hədələyib.
Загрузка...
Загрузка...

Xəbər lenti