Türkiyədə azərbaycanlı qadın bıçaqlandı

Türkiyədə azərbaycanlı qadın bıçaqlandı
Türkiyədə azərbaycanlı qadın bıçaqlanıb.  Türkiyə mətbuatı xəbər verir ki, hadisə Muğlanın Fethiye bölgəsində baş verib. Belə ki, inşaatda çalışan iki şəxs - S.A və Mustafa Comərd arasında naməlum səbəbdən dava baş verib.
Nəticədə S.A yanında gəzdirdiyi bıçaqla Comərd və azərbaycanlı Nəzifə Mustafayevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan M.Comərd vəfat edib, Nəzifənin isə həyatı üçün təhlükə olmadığı bildirilir. Hadisəni törədən şəxs saxlanılıb, araşdırma aparılır.

Xəbər lenti