Türkiyə XİN: “Bakını danışıqlarda və müharibə meydanında dəstəkləyirik”

Türkiyə XİN: “Bakını danışıqlarda və müharibə meydanında dəstəkləyirik”
 Azərbaycan Ermənistana ölkənin işğal edilmiş ərazilərindən qoşunlarını çıxarması üçün son şansı verib. Bu barədə Türkiyə XİN-in Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs haqqında sazişin qüvvəyə minməsi ilə bağlı bəyanatında deyilir. Bəyanatda qeyd edilir ki, atəşkəs haqqında saziş əhəmiyyətli addımdır, amma Dağlıq Qarabağ probleminin uzunmüddətli həllini əvəz edə bilməz.
Türkiyə XİN xatırladıb ki, atəşkəs rejimi müvəqqəti xarakter daşıyır və əsirlərin və həlak olanların cəsədlərinin dəyişdirilməsinə yönəlib.
"Sentyabrın 27-dən etibarən Azərbaycan 30 ildir erməni işğalı altında olan torpaqlarını öz gücü ilə azad etmək qətiyyətini və hazırlığını bütün dünyaya nümayiş etdirir. Ankara Qarabağ münaqişəsinin həlli üzrə yalnız Azərbaycanın maraqlarına uyğun olan addımları dəstəkləyəcək. Türkiyə bundan sonra da həm müharibə meydanında, həm də danışıqlar masasında Azərbaycanı dəstəkləmək qətiyyətini ifadə edir”, deyə sənəddə vurğulanır.

Xəbər lenti