Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması haqqında saziş imzalanıb

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması haqqında saziş imzalanıb
 Çərşənbə axşamı günü Qarabağ münaqişəsi ilə bağlı cəbhədə atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması haqqında saziş imzalanıb. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Türkiyə-Rusiya Ortaq Mərkəzinin qurulması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallara dair danışıqlar tamamlanıb və memorandum imzalanıb. Nazirliyin məlumatına görə,mərkəzin ən qısa müddətdə aktivləşdirilməsi üçün lazımi işlər davam etdirilir.
Məlumata görə, son imzalanan saziş Azərbaycan və Ermənistan arasında atəşkəsin tətbiq olunmasını izləmək və nəzarət etmək üçün Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında noyabrın 11-də video telekonfransla baş tutmuş görüşdəki anlaşma memorandumu əsasında imzalanıb.

Xəbər lenti