Türkiyə ordusu 22 şəhid verdi - Ərdoğan təcili toplantı çağırdı

Türkiyə ordusu 22 şəhid verdi - Ərdoğan təcili toplantı çağırdı
Suriyanın İdlib şəhərində Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib. "Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində Türkiyənin 9 əsgəri şəhid olub. Bu barədə Hatay valisi Rahmi Doğan açıqlama yayıb. Onun sözlərinə görə, xeyli sayda ağır yaralılar var. Yaralılar Cilvegözü sərhəd qapısından Türkiyəyə gətirilib və xəstəxanalara yerləşdiriliblər.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə baş verənlərdən sonra Ankarada Prezident İqamətgahında təcili toplantı keçirib. Toplantıda Milli Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan iştirak ediblər. Təhlükəsizlik zirvəsi 2 saat davam edib.
++++
İdlibdə Hava hücumuna məruz qalan Türkiyə ordusunun 22 əsgəri şəhid olub.

Xəbər lenti