Türkiyə “LXR” və “DXR”lə bağlı mövqeyini rəsmən açıqladı

Türkiyə “LXR” və “DXR”lə bağlı mövqeyini rəsmən açıqladı
Türkiyə Rusiyanın qondarma "LXR” və "DXR”in müstəqilliyini tanınması qərarını pisləyib. Bu barədə Türkiyə XİN-in rəsmi tvitter hesabında paylaşım edilib. "Rusiya Federasiyasının qondarma "Donetsk və Luqansk Respublikaları”nı tanıması qərarı Minsk anlaşmalarına qarşı olduğu üçün, Ukraynanın siyasi birliyinin, ərazi bütövlüyünün açıq şəkildə pozulması anlamına gəlir. Rusiyanın bu qərarı qəbuledilməzdir və rədd edirik. Ukraynanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına bağlılığımızı vurğulayır, bütün tərəfləri beynəlxalq hüquqlara riayət etməyə çağırırıq” - deyə rəsmi Ankara məsələyə münasibətini bildirib.

Xəbər lenti